İsmayıllıda toyda 31 nəfər zəhərləndi - YENİLƏNİB
TƏBİB-dən sorğumuza cavab olaraq bildirilib ki, İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı 31 nəfər (23 qadın, 8 kişi) 20.08.2026-cı il tarixində saat 15:30 radələrində Göyçay Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin vəziyyətləri qənaətbəxş qiymətləndirilib. Onlar ambulator müalicə üçün evə buraxılıblar.
12:14
İsmayıllıda baş verən zəhərlənmə hadisəsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlayıb.
Adalet.az xəbər verir ki, ilkin araşdırma zamanı məlum olub ki, hadisə İsmayıllı rayonu, Hacıhətəmli kəndində həyətyanı sahədə təşkil edilən toy məclisində baş verib. 24 nəfər zəhərlənmə diaqnozu ilə Göyçay Rayon Mərkəzi Xəstəxanasına müraciət edib. Hazırda xəstələrin vəziyyəti yaxşıdır. İlkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar. Agentliyin əməkdaşları tərəfindən nümunələr götürülərək müayinələrə cəlb olunub. Araşdırmaların nəticələrinə uyğun tədbirlər görüləcəkdir.
Agentlik xüsusilə yay aylarında kütləvi tədbirlər zamanı qidaların saxlanma şəraitinə və temperatur rejiminə diqqət yetirilməsinin bir daha vacibliyini vurğulayır.
Digər Xəbərlər
21 Avqust 2026 12:28
Hamiləliyini sonlandırmaq istəyən 24 yaşlı qadın xəstəxanada öldü - FOTO
20 Avqust 2026 14:00
Ov tüfəngindən atəş açıldı - 14 yaşlı yeniyetmə öldü
20 Avqust 2026 13:40
İsmayıllıda iki avtovobil toqquşdu: 2 nəfər öldü - YENİLƏNİB
20 Avqust 2026 10:41


Bakı -°C

