Mourinyo onu komandada istəmir
“Real Madrid”in baş məşqçisi Joze Mourinyo müdafiəçi Raul Asensionu komandanın heyətində görmür və futbolçuya başqa kluba keçmək variantlarını dəyərləndirməyi məsləhət görüb.
Adalet.az “El Nacional” nəşrinə istinadən xəbər verir ki, buna baxmayaraq, ispaniyalı müdafiəçi Madridi tərk etməyə tələsmir.
Məlumata görə, Asensio zədəsini tam sağaltdıqdan sonra iştirakçı siyahısına qayıdacağına və portuqaliyalı mütəxəssisin fikrini dəyişməyə nail olacağına inanır.
Qərara təsir edən digər mühüm amil isə maliyyə məsələsidir. Futbolçu anlayır ki, “Real”dan kənarda hazırkı maaşına uyğun şərtlər əldə etmək onun üçün çətin olacaq. Bu səbəbdən müdafiəçinin Madrid klubunda qalıb əsas heyətdəki yeri uğrunda mübarizə aparacağı istisna olunmur.


Bakı -°C

