adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
16 Sentyabr 2021 12:33
1557
DÜNYA
A- A+

Rusiya Tacikistandakı hərbi bazasını gücləndirir

Rusiya Əfqanıstandakı vəziyyətlə bağlı Tacikistandakı hərbi bazasını daha yaxşı manevr qabiliyyəti və ekipajin təhlükəsizliyini təmin edən T-72B3M tanklarıyla təmin edəcək. Bu barədə Mərkəzi hərbi dairənin mətbuat xidməti verib.

T-72B3M tankları, T-72 tanklarının modernləşdirilmiş versiyasıdır. Bu tankıar 1130 at gücündə olan yeni dizel mühərrikləri ilə təmin olunub. bortu, döşəməsi və lüləsi əlavə zirehlə örtülüb. Tanklar, həmçinin yeni rəqəmsal sistemlərlə və digər yeni sistemlərlə təhciz olunub.

Mərkəzi hərbi dairənin  avtozirehlənmə xidmətinin rəisi Hənif Beqlov bildirib ki, Rusiyanın Tacikistandakı hərbi bazasına,  bu ilin sonunadək 30 müasir tank göndəriləcək.

Rusiya prezidenti Vladimir Putin hesab edir ki, Qərb dövlətlərinin qoşunlarını  Əfqanıstandan çıxarması "yumşaq desək tələskənlik oldu". "Hazırda bu bölgədə KTMT-yə üzv dövlərlərə qarşı təhlükə yaranıb. Bu vəziyyətdə üzv dövlətlərin təhlükəsizliyinin qorunması üçün KTMT üzveləri əməkdaşlığı daha da möhkəmləndirməlidir"- deyə Rusiya prezidenti bildirib.

Rüstəm Hacıyev