adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
15 Sentyabr 2021 17:11
1751
ŞOU-BİZNES
A- A+

Aktrisa eşq yaşadığı basketbolçu ilə nişanlandı - 5 karatlıq briliant üzük və 8 milyon TL-lik villa... - FOTOLAR

"Hercai" serialında  Reyyan obrazı ilə tamaşaçıların qarşısına çıxan və  sevilən gözəl aktrisa Ebru Şahin  uzun müddətdir  basketbolçu  Cedi Osman ilə sevgilidir.

Adalet.az  HaberTürk-ə istinadən xəbər verir ki, bir-birinə həddən artıq vurğun olan yaraşıqlı cütlük bir neçə dəfə qısqanclıq ucbatından ayrılsalarda növbəti dəfə yenidən birləşiblər və sonda nişanlanıblar. Ebru barmağındakı briliant qaşlı nişan üzüyünü sevgilisinin ona aldığını bildirəndən sonra izləyicilər aktrisanı təbrik yağışına tutublar. 5 karat və dəyərinin də təxminən  1 milyon TL olduğu deyilən briliant üzük onların tezliklə evlənəcəyini isbat edib,

Bu günlərdə Türkiyə mətbuatı da xəbər verdi ki, Ebru Şahinin basketbolçu sevgilisi Cedi Osman yeni ev alıb. Osman Alaçatıda yerləşən villasına 8 milyon TL (təxminən 1 milyon 606 min manat) ödəyib.

Deyilənə görə, 1,5 ildir eşq yaşayan cütlüyün orada birgə yaşayacağı deyilir.

 Qeyd edək ki, Ebru Şahinin əslən erməni olduğu deyilsə də, 44 günlük Vətən müharibəsi dövründə o Azərbaycana dəstək nümayiş etdirərək bunu öz sosial hesabında paylaşmışdı.

 

  • Ebru Şahin ile Cedi Osman evleniyor! Yüzüğün fiyatı dudak uçuklattı - Magazin haberleri

 

.

 

 

Əntiqə Rəşid