adalet.az header logo
  • Bakı 13°C
15 Sentyabr 2021 11:43
478
MƏMLƏKƏT
A- A+

Ağaclar quruyanda...

Binəqədi rayon ərazisinin bəzi yerlərində yeni ağaclar əkilib. Ancaq buna baxmayaraq, isti yay günlərində onlara qulluq edilmədiyinə görə, bu ağaclar quruyub. Təbii ki, ağac əkmək nə qədər çətindirsə, onu becərmək, böyütmək, ondan da çətin işdir.

Əlbəttə, o ağaclara isti yay günlərində su verilməyəndə və bu ağaclar da quruyacaq. Binəqədi rayon icra nümayəndəliyindən bildirilib ki, ağaclar bizim yox, metropolitenin ərazisinə daxildir. Düzdü, o ağaclar əkilib, ancaq onun becərilməsi və suvarılması işləri ilə metropoliten məşğul olmalı idi.

Bax, beləcə icra hakimiyyəti nümayəndəsi məsuliyyəti çiyninə götürmür və hər işin metropolitenə aid olduğunu bildirir. Belə ötür-ötür oyunundan isə, son nəticədə təbiətə ziyan dəyir, ağaclar quruyur.

Emil FAİQOĞLU