adalet.az header logo
  • Bakı 19°C
  • USD 1.7
09 Sentyabr 2021 13:00
1726
DÜNYA
A- A+

Putin ölümü suallar doğuran nazirə “Rusiya Qəhrəmanı” adını verdi

 

Rusiyanın fövqəladə hallar naziri Yevgeni Ziniçev vəfat edib. O, Norilskdə keçirilən idarələrarası təlimlərdə bir insanın həyatını xilas edən zaman baş verən bədbəxt hadisə nəticəsində həlak olub.

 Adalet.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin Fövqəladə Hallar Nazirliyinin rəhbəri Yevgeni Ziniçevə ölümündən sonra Rusiya Qəhrəmanı adını verdi.

55 yaşlı Y.Ziniçev 2018-ci ildə Rusiyanın fövqəladə hallar naziri təyin olunmuşdu.

Ziniçev Rusiya Prezidenti Vladimir Putinin ən yaxın adamlarından idi. Və onun Kalininqrad vilayətinin qubernatoru təyin edilməsi də təsadüfi olmayıb. Belə ki, məhz Kalininqradda Putinin keçmiş arvadı, uşaqlarının anası Lyudmila Putina yaşayırdı. Putin yalnız yaxın dostuna öz ailəsini etibar edə bilərdi.
Media nümayəndələr bildirir  ki, hadisənin təsadüfən baş vermədiyini Rusiyanın hökumətə yaxın çevrəsi də təsdiq edir, Ziniçevin ölümündə təsadüf ehtimalı çox azdır. Belə ki, sentyabr ayı ərzində Rusiyada böyük islahatlar olacağı gözlənilirdi. Yerdəyişmələr əsasən Rusiyanın Federal Təhlükəsizlik Xidmətində olmalı idi. Ziniçev bu mötəbər qurumun rəhbəri vəzifəsinə ən şanslı namizəd sayılırdı.


 Mətbuatın verdiyi digər məlumatlara görə isə 2014-cü ildə Ziniçev Rusiya Federal Təhlükəsizlik Xidmətinin terrorizmlə mübarizə üzrə rəis müavini vəzifəsinə çalışarkən strukturun rəhbər heyəti ilə fikirləri tez-tez üst-üstə düşmürdü. Generallar arasında mübahisələr də diqqətdən kənarda qalmırdı. 2018-cı ildə Ziniçev ərizə yazaraq FTX-də tutduğu vəzifəsindən istefa verir. O zaman müəyyən qüvvələr Ziniçevi bu qurumdan kənarlaşdırmağa nail olur.


Zineçevin FTX-dən istehfasından dərhal sonra Rusiya prezidentinin qərarına əsasən o, RF-in fövqəladə hallar naziri vəzifəsinə təyin olunur. Həmin ilin dekabr ayında isə Ziniçevə general-polkovnik rütbəsi verilir. 2020-ci ilin dekabrında isə Vladimir Putin Zinçenevə ən yüksək ali hərbi rütbə - Ordu Generalı rütbəsi verir.
 Məsələ ilə bağlı istintaq işi başlanılıb.

 Əntiqə Rəşid