adalet.az header logo
  • Bakı 6°C
  • USD 1.7
07 Sentyabr 2021 12:39
738
DÜNYA
A- A+

Türkiyə “Taliban” hakimiyyətini tanımağa tələsmir

Türkiyənin xarici işlər naziri  Mövlud Çavuşoğlu, bildirib ki, Ankara “Taliban” hökumətini tanımağa tələsməyəcək.  Əfqanıstanda hökumət müxtəlif siyasi qüvvələrdən təşkil olunmalıdır.

“ Gəlin tələsik qərar verməyə tələsməyək, Əvvəlcə böhrandan çıxmaq üçün hıkumət qurulmalıdır, vətəndaş müharibəsi dayandırılmalıdır. Bunun üçün bütün siyasi qüvvələrin, bütün əhali təbəqəsinin  təmsil olunduğu inklyziv hökumət qurulmalıdır. Təbii ki, qadınlar da yaddan şıxarılmamalıdır. Bütün dünyanın “Talibanı” tanıması üşün  bu cür hakimiyyət formalaşmalıdır”- deyə Çavuşoölu NTV telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, “hazırda dünyaya təqdim olunan Əfqanıstan hökuməti, yalnız Taliban üzvülərindən ibarətdir. Biz onlara hökumət qurası deyilik, sadəcə fikirlərimizi Talibana çatdırmaq istəyirik. Vəziyyətə görə, hərəkət edəcəyik, hələki bununla bağlı qəti qərarımız yoxdur”-  deyə Çavuşoğlu əlavə edib.

Türkiyə XİN-nin rəhbəri, hələki taliblərdən yeni hökumətinüzvülərinin təqdim oluması ilə bağlı keçiriləcək tədbirə dəvət almadıqlarını bildirib.

 

Rüstəm Hacıyev