adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
06 Sentyabr 2021 11:35
821
DÜNYA
A- A+

TERRORÇULAR HƏBS OLUNDU

Rusiya Federal Təhlükəsizlik Xidməti, İnquşetiyada polislərə hücum hazırlayan dörd İŞİD üzvünü həbs edib. Xidmətin ictimayyətlə əlaqlər mərkəzindən verilən məlumata görə, həbs olunan İŞİD üzvüləri internet üzərindən təşkilatın digər üzvülərilə əlaqə yaradaraq, əldəqayırma partlayıcılar və soyuq silahdan istifadə etməklə, İnquşetiya ərazisində terror aktları törətməyi planlaşdırırdılar.

Həbs olunanların yaşadığı yerlərdən odlu və soyuq silahlar,  əldəqayırma partlayıcı və yandırıcı silahlar və onların düzəldilməsi üçün avadanlıqlar, həmçinin İŞİD-in digər üzvüləri ilə yazışmaları tapılaraq götürülüb.

Həbs olunanlara qarşı “terror təşkilatlarında iştirak etmək”, “terror təşkilatına yardım etməklə onun fəaliyyətində iştirak etmək” və “cinayət barədə məlumat verməmək” ittiham irəli sürülərək, barələrində cinayət işi qaldırılıb.

 

Rüstəm Hacıyev