adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
31 Avqust 2021 09:03
1698
İDMAN
A- A+

Dünyanın ən “bahalı” tennisçilərinin adı açıqlanıb

“Forbes” jurnalı 2021-ci ildə ən çox qazanan tennisçilərin adlarını açıqlayıb.

Siyahının tərtib olunmasında ABŞ Açıq Çempionatından başlayaraq tennisçilərin son 12 aydakı gəlirləri nəzərə alınıb.

Reytinqdə ilk pilləni isveçrəli Rocer Federer tutub. O, son 12 ayda 90.6 milyon dollar qazanıb ki, bunun da yalnız 600 mini turnirlərin mükafat fondundan əldə edilib.

İkinci yeri 60.1 milyon dollarla Naomi Osaka, üçüncü pilləni isə 41.8 milyon dollar qazanan Serena Uilyams tutub. Onların gəlirlərinin, müvafiq olaraq 55 və 40 milyon dollarını kortxarici qazanc təşkil edib.

Həmçinin ilk "beşliy"ə Novak Cokoviç (38 milyon dollar) və Rafael Nadal (27 milyon dollar) daxil olub.