adalet.az header logo
  • Bakı 7°C
  • USD 1.7
27 Avqust 2021 09:28
600
İDMAN
A- A+

"Qarabağ"ın rəqibləri nə vaxt bəlli olacaq?

Bu gün Konfrans Liqasında qrup mərhələsinin püşkatma mərasimi keçiriləcək.

Adalet.az  xəbər verir ki, qrup mərhələsinə yüksələn "Qarabağ"ın da rəqibləri bəlli olacaq.

Püşkatma Bakı vaxtı ilə saat 15:30-da başlayacaq. Avropanın 3-cü dərəcəli klub turnirində mübarizəni davam etdirəcək 32 iştirakçı komanda 8 qrupa bölünəcək. Püşkatma zamanı klublar reytinqinə əsasən 4 səbətə bölünəcək və “Qarabağ” 2-ci səbətdə yer alacaq.

Qeyd edək ki, qrup mərhələsinin ilk turu sentyabrın 16-da keçiriləcək.