adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Avqust 2021 00:32
1377
İDMAN
A- A+

 "Qarabağ" Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Şotlandiyada "Aberdin" və "Qarabağ" komandaları arasında UEFA Konfrans Liqasının pley-off mərhələsinin cavab oyunu başlayıb.

"Pittodri" stadionunda keçirilən qarşılaşma Bakı vaxtı ilə saat 22:45-də start götürüb.

Görüşü avstriyalı Harald Lexnerin başçılıq etdiyi hakimlər briqadası idarə edir.

Qeyd edək ki, Bakıdakı ilk matçda Ağdam təmsilçisi minimal hesablı qələbə qazanıb - 1:0

Artıq oyunun 8-ci dəqiqəsində "Qarabağ"ın ounçusu Toral Bayramov fərqlənib-0-1

18-ci dəqiqədə "Qarabağ" fərqi 2-yə çatdırır. Növbəti qolun müəllifi Kade Borgesdir.

Birinci hissə başa çatdı-0-2.

İkinci hissə başlayır.  Daha bir qol. "Qarabağ" ın oyunçusu Abdulla Zubir hesabı 72-ci dəqiqədə 3-0 edir.

rəqib komandanın oyunçusu Luis Ferqyuson 90+1 dəqiqədə hesab arasındakı fərqi azaldır. 

Oyun bitir. "Aberdin" və "Qarabağ"-1-3. Bununla da Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının qrup mərhələsinə vəsiqə qazanır. 

adalet.az