adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7

Təzəbəy demiş peşman olmaq da  olmaz

Əntiqə RƏŞİD
30125 | 2021-08-20 12:07

Biri yenicə evlənibmiş. 1 ay, 2ay, 3 ay dostları bunu görmürmüş. Bir gün xəbər göndərirlər ki, bəs subay dostların sənin üçün darıxır . Gəl görüşək. Nəisəki, dostlar yığışır bir çayxanaya  söhbət edirlər, çay içirlər. Dostun biri söhbət əsnasında soruşur ki, qardaş bu evlənmək , ailə qurmaq necə bir hissdir, yaxşıdırmı, pisdirmi?
Təzəbəy izahat verməyə başlayır: Bax, mən evləndim... İndi çəkmək olmaz, içmək olmaz, sağa-sola getmək olmaz, qızlara baxmaq olmaz.
-Bəs peşman deyilsən?
-Peşman olmaq da olmaz...


 Deməli , Rusiya sülhməramlıları 9 aydı gəlib doluşub Qarabağa.  Onlar ora gəlib yığışalı biz o ərazilərə keçə bilmərik, O ərazilərdə yanğın olur, məsələn, Tərtər rayonuna aid Təpəkən kəndi yanır, ordakı Üç Körpə Monastrı yanır, onu söndürə bilmərik, Xocavənddə ermənilərin nümayişkaranə tikdikləri türk millətinin əbədi düşməni Qaryagin Njdenin büstünü də dağıtmaq olmaz. Xankəndiyə bayrağımızı –gerbimizi taxmaq olmaz, Xocalıda kilsə,, Azərbaycan Respublikasının erməni vətəndaşlarına modul tipli qəsəbə “tikmə” demək olmaz, Qarabağda silahlı terrorçuları, terrorçularının başçısı hərbi çinayətkar Araik  Arutunyana toxunmaq olmaz...


 10 noyabr Bəyannaməsinin ümumiyyətlə həyata keçirilmədiyini görəndə az qalıram peşman olam...
Çox heyf ki,  təzəbəy demiş, peşman olmaqda olmaz...

TƏQVİM / ARXİV