Azərbaycan Ordusu varsa, əsəbləşməyə dəyməz!Tiksinlər!

Əntiqə RƏŞİD
61518 | 2021-08-04 15:10


2019-ci ilin yanvar ayı idi . Ermənistan mediası bar-bar bağırırdı ki, 26 kilometrlik şosse Kəlbəcərin rayon mərkəzindən Ermənistanın Qeqarkunik vilayətində yerləşən Zod kəndinə çəkiləcək:”Zod-Kəlbəcər yolunun 2020-ci ilin sonuna qədər istifadəyə verilməsi gözlənilir.Bu Gorus-Xankəndi və Vardenis-Ağdərə yolundan sonra Ermənistanla Qarabağ birləşdirən sayca 3-cü yol olacaq”.


 işğalçı ölkə rəhbərliyi Ermənistanın Qafan rayonundan Xocavəndə 4-cü yolun çəkiləcəyini də elan edəndə içi mən qarışıq bütün qeyrəti olan azərbaycanlılar  bundan təəssüf hissi keçirdiklərini dilə gətirdilər, etiraz etdilər, hətta irəli gedib müharibə tələb edən “”Xankəndini vur” haştağı ilə paylaşımlar edənlər də oldu.
 Hətta ermənilər Araz çayının sol qolu sayılan Həkəri və Bərgüşad çaylarının qovşağında, Laçın rayonu ərazisində Su Elektrik Stansiyası inşa edəndə, Qarabağdakı su mənbələrini – Tərtər, Hoçaz, Həkəri, Zabux, Şəlvə və s. çaylarda SES-lər tikərək su sərfiyyatından ekoloji normaları kobud sürətdə pozandada olayı narazılıqla qarşıladıq. Çox az adam dedi ki,  “qoy tiksinlər, qursunlar, sonda bizə qalacaq”.
 Allah ordumuzu qorusun, Şəhidlərimizin ruhu qarşısında baş əyirik, Qazilərimizə də Allahda şəfa diləyirik.O bizi əsəbləşdirən dəli edən tikintilər vardı haa, indi hamısı bizə xidmət edir, hamısı xeyrimizə yarayır. Bizimdir!


 Təzə-xəbər


Ötən ay Azərbaycan Respublikası Kəlbəcər rayonunun  “Aterk” adlandırılmış Həsənriz kəndindəki ermənilər tərəfindən kənddaxili yollar  asfaltlanıb. Xankəndindəki separatçı nəşrlər kəndin qanunsuz “icma rəhbəri” Vardan Qriqoryana istinadla məlumat yaydı: 
“Torpaq işləri bir ay əvvəl və asfaltlanma prosesi isə 5 iyulda başlanıb. Artıq yolun təxminən 1 kilometri asfaltlanıb. İş iki mərhələdə aparılacaq. Birinci mərhələdə kənd məktəbinə aparan yolun, ikinci mərhələdə isə Aterk-Zaqlik yolunun asfaltlanması planlaşdırılır. Aterk-Zaqlik yolunda qazıntı işləri artıq başlayıb" – deyə V.Qriqoryan bildirdi.
“İcma rəhbəri”nin sözlərinə görə, hazırda Kəlbəcərin bu kəndində 1600 erməni yaşayır. 44 günlük müharibədən sonra Həsənrizə Azərbaycan ordusunun nəzarətinə keçmiş əraziılərdən 26 erməni ailəsi köçürülüb. Hazırda kənddə 100-dən çox yeni ailə yerləşdirmək imkanı var.
  Birdə onu deyirlər ki, avqustun 2-də keçirdiyi müşavirədə “enerji təhlükəsizliyi” ilə bağlı məsələlərin müzakirəsində separatçı-terrorçu rejimin oyuncaq rəhbəri Araik Arutyunyan açıqlama verib:” Mardakert rayonunun Hetavan icmasının ərazisində 17,6 MVt gücündə "Hetavan-1" SES inşa ediləcək. 25 milyon dollarlıq layihə Artsax investisiya fondu vasitəsi ilə start götürəcək. Lakin digər investorların da iştirak etmək imkanı olacaq”.

 


 Deməli, Azərbaycan dövləti tərəfindən axtarışa verilmiş separatçı-terrorçu başçı bildirib ki,  SES-lərin çoxu  44 günlük savaşdan sonra Azərbaycanın nəzarətinə keçmiş ərazilərdə qaldığından rejim “ərazisi”ni elektrik enerjisi ilə təmin edə biilmir, ona görə də sözügedən SES-i tikməlidirlər.
İndi baxıram, sosial şəbəkələrin Azərbaycan seqmentində hamı “cin atı”na minib
Qardaş, niyə əsəbləşirsən, tikir qoy tiksin də ... Vallah bizimdi, bizim olacaq...Allah xeyrimizə qismət eləsin..

TƏQVİM / ARXİV