adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 14:51
21286
GÜNDƏM
A- A+

Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

Ağdamda beynəlxalq elmi-praktik konfrans keçiriləcək.

İqtisadiyyat Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Azərbaycan Respublikası Prezidentinin Ağdam rayonu üzrə Xüsusi Nümayəndəliyi, İqtisadiyyat Nazirliyi, Qarabağ Dirçəliş Fondu və AMEA İqtisadiyyat İnstitutu 2021-ci il 16-17 sentyabr tarixlərində “Qarabağda yeni iqtisadiyyat quruculuğu: Ağdamdan inkişaf impulsları” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirəcək.

Konfransın plenar iclası Ağdamda, digər iclasları onlayn təşkil olunacaq.

Konfransda aşağıdakı istiqamətlərdə müzakirələr aparılacaq:

- Ağdamda yeni iqtisadiyyat quruculuğu: iqtisadi potensial, prioritetlər, gözləntilər;
- Ağdamın və bütövlükdə Qarabağın təbii resursları və yaşıl enerji potensialı;
- Qarabağda iqtisadiyyatın ənənəvi və qeyri-ənənəvi sahələri arasında müvazinət;
- Məcburi köçkünlərin Ağdama və bütövlükdə Qarabağa qayıdışı.