adalet.az header logo
  • Bakı 7°C
04 Avqust 2021 13:02
43278
ŞOU-BİZNES
A- A+

6 uşağ istəyən Nəzrinə sevgilisindən SÜRPRİZ

Türkiyədə fəaliyyət göstərən azərbaycanlı aktrisa Nəsrin Cavadzadə ötən həftə Nişantaşında alış-veriş edərkən görüntülənmişdi.
 Müxbirlərin suallarına cavab verən aktrisadan maraqlı açıqlamalar gəlmişdi. altı uşaq anası olmaq istəyən Nəsrin Cavadzadə sevgilisi, “Yasak alma” serialından tanış olduğu aktyor Gökhan Alkan haqqında açıqlaması ilə  diqqət çəkib.
Aktrisa sevgilisinin də uşaqları çox sevdiyini bildirib: "Gökhan da uşaq istəyir"-deyə gülərək bildirmişdi.

 

 Nəsrinin arzusu həyata keçir

 

Adalet.az xəbər verir ki, Nəsrin Cavadzadə ötən gün evlilik təklifi alıb.


Məlumata görə, aktrisaya onunla evlənməyi xeyli müddətdir birlikdə yaşadığı həmkarı Gökhan Alkan təklif edib. Alkan Datçadakı hotellərin birində süfrə açaraq, ailə üzvləri və yaxınlarını masa başına toplayıb. 
Ziyafət zamanı o, Nəsrinə ailə qurmaq təklifini edib. 39 yaşlı aktrisa ağlaya-ağlaya “hə” deyib.  
Təbii ki, 39 yaşında  təklifə “yox” demək şansı da olmayıb.


 Qeyd edək ki, Nəsrin 1982-ci il iyulun 30-da Bakıda anadan olub. 11 yaşında ailəsi ilə birlikdə Türkiyəyə gedib.

Mərmərə Universiteti Kino və Televiziya Fakültetinin məzunudur. Şahika Tekand Studio Oyunçularında 2 il aktyorluq təhsili alıb.

2007-ci ilin ATV'nin "Yersiz Yurdsuz" adlı serialında oynadı. Ertəsi il Hüseyn Qarabəyin "Getmək: Mənim Marlon və Brandom" və Camal Şanın "Dilbərin Səkkiz Günü" adlı filmlərində iştirak etdi. Daha sonra "Kiçik Ağa" adlı serialda rol aldı. 2014-cü ildə çəkildiyi "Quzu" adlı filmdə canlandırdığı Mədinə obrazı ilə 51-ci Antalya Qızıl Portağal Film Festivalının Ən Yaxşı Qadın aktrisa mükafatına layiq görüldü.

Nəzrin Cavadzadə görkəmli alim Mirməmməd Cavadzadənin nəvəsidir. Mirməmməd Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanana onun adını daşıyır.

Əntiqə Rəşid