Heydər Əliyevin teleradioya qayğısı xüsusi əhəmiyyət daşıyır - Prezident
Ümummilli Lider Heydər Əliyevin Azərbaycan teleradiosuna göstərdiyi diqqət və qayğı bu sahənin inkişafında xüsusi yer tutur. Onun rəhbərliyi və dəstəyi ilə milli televiziya və radio yayımının maddi-texniki bazasının möhkəmləndirilməsi, yaradıcı potensialının artırılması, milli-mənəvi dəyərlərimizin qorunması istiqamətində mühüm addımlar atılıb. Heydər Əliyev teleradionu xalqla dövlət arasında mühüm əlaqə vasitəsi, milli birliyin və ideoloji bütövlüyün qorunmasında təsirli platforma kimi qiymətləndirirdi.
Adalet.az xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin milli radio və televiziya yayımının yubileyi münasibətilə televiziya və radio işçilərinə ünvanladığı təbrikdə yer alıb.
"Bu gün Azərbaycan radio və televiziyası müasir texnologiyaların imkanlarından yararlanaraq öz fəaliyyətini yeni dövrün tələblərinə uyğun qurur, ölkəmizin uğurlarını, zəngin mədəniyyətini və milli maraqlarını geniş auditoriyaya çatdırır. Bu məsuliyyətli və şərəfli işdə çalışan hər bir əməkdaşın zəhməti xüsusi təqdirəlayiqdir.
İnanıram ki, milli radio və televiziyamız bundan sonra da obyektivliyin, peşəkarlığın və milli-mənəvi dəyərlərə sədaqətin nümunəsi olacaq, Azərbaycan cəmiyyətinin inkişafına və dövlətçiliyimizin möhkəmlənməsinə layiqli töhfələr verəcəkdir", - təbrikdə qeyd olunub.
Digər Xəbərlər
15 Noyabr 2026 22:40
Prezidentin bir həftəsi - VİDEO
15 Noyabr 2026 11:16
"Azərbaycan müstəqil Fələstin Dövlətinin yaradılmasını dəstəkləyir" - Prezident
15 Noyabr 2026 11:10
İlham Əliyevin Mahmud Abbasa təbrik məktubu
15 Noyabr 2026 10:56
Azərbaycan XİN Fələstini təbrik etdi
14 Noyabr 2026 21:10
“Hər liderin öz ölkəsində məsuliyyət sahibi olmasını tövsiyə edərdim” - VİDEO
14 Noyabr 2026 19:07
Azərbaycan ABŞ ilə aqrar sahədə əməkdaşlığı genişləndirəcək
14 Noyabr 2026 19:01
”Bakı və London münasibətləri yeni geosiyasi reallıqlara uyğunlaşdırılıb”
14 Noyabr 2026 11:26


Bakı -°C

