"Mossad" keçmiş İran generalını qaçıraraq öldürüb
İsrail kəşfiyyat agentliyi "Mossad", cəsədinin Qara dənizə atıldığı ehtimal edilən keçmiş İran generalı Əlirza Əskərini qaçırıb öldürmüş ola bilər.
Adalet.az xəbər verir ki, bu barədə "The New York Times" qəzeti keçmiş Amerika rəsmilərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, Əskərinin 2006-cı ildə İstanbulda yoxa çıxdığı bildirilir. Qəzetin mənbələrinə görə, o, İsrail kəşfiyyat agentləri tərəfindən qaçırılıb və bir neçə həftə dindirilib.
Dindirmələrin əsas mövzularından biri 1986-cı ildə Livanda yoxa çıxan İsrail pilotu Ron Aradun taleyi olub.
Dindirmələr gözlənilən nəticəni vermədikdən sonra İsrail kəşfiyyatı keçmiş generalı məhv etmək qərarına gəlib. Onun cəsədinin Qara dənizə atıldığı iddia edilir.
Əskərinin itkin düşməsi və ölümünün səbəbləri rəsmi olaraq təsdiqlənməyib. Onun taleyi ilə bağlı əvvəllər də ziddiyyətli məlumatlar yayılıb.
Digər Xəbərlər
15 Noyabr 2026 17:46
Türkiyədə avtomobil yolları PUA-ların uçuş-enməsi üçün uyğunlaşdırılacaq - Nazir
15 Noyabr 2026 17:37
ABŞ-la danışıqlar başa çatıb - İran parlamenti
15 Noyabr 2026 00:00
Bu sahədə bütün zamanların rekordu qırıldı
14 Noyabr 2026 23:36


Bakı -°C

