İrəvanın gözləntisi boşa çıxdı: Türkiyə icazə vermədi
Türkiyə Ermənistana istiqamətlənən hərbi təyyarənin öz hava məkanından keçməsinə icazə verməyib.
Adalet.az bildirir ki, bu barədə hərbi aviasiya uçuşlarını izləyən İtaliyanın "ItaMilRadar" monitorinq resursu məlumat yayıb.
Məlumata görə, Livandan Ermənistana uçan, MM62227 bort nömrəli "Boeing KC-767" hərbi nəqliyyat təyyarəsi Türkiyənin hava məkanından keçmək üçün müvafiq icazə ala bilməyib.
Nəticədə təyyarə Türkiyəni qərb istiqamətindən, Qara dəniz və Bolqarıstan üzərindən keçərək uçuşunu davam etdirib.
Qeyd edək ki, təyyarə İtaliya Müdafiə Nazirliyinin balansında olub və Livanda hərbi missiyada iştirak edən Ermənistan hərbçilərini daşıyıb.
Monitorinq resursu ehtimal edir ki, Türkiyə tərəfi əvvəlcə uçuş icazəsinin verməməsi təyyarənin hərbi təyinatlı olması və Ermənistana istiqamətlənməsi ilə əlaqəlidir./Trend
Digər Xəbərlər
14 Noyabr 2026 10:23
Rusiya NATO-dan nə istəyir? - Qafqaz da Moskvanın tələbləri arasındadır
14 Noyabr 2026 10:01
Paşinyan dekabrda Rusiyaya 3 dəfə səfər etməyi planlaşdırır
14 Noyabr 2026 09:44
İşgəncə ilə öldürüb, parçalayaraq basdırıblar - Milyarderlə arvadının qətlinin şok təfərrüatı
14 Noyabr 2026 09:33
Si Cinpin və Putinlə üçtərəfli görüş keçirəcək
14 Noyabr 2026 01:07
Qətər və Türkiyə regional münaqişələrdə birgə vasitəçiliyi razılaşdırıb – YENİLƏNİB
14 Noyabr 2026 00:10
Əhalini soyuq havada qazdan qənaətlə istifadəyə çağırdı
14 Noyabr 2026 00:00
Urmiya gölündə payız yağışlarından sonra cüzi artım qeydə alınıb
13 Noyabr 2026 23:51


Bakı -°C

