adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
04 Avqust 2021 10:08
9919
ELM VƏ TƏHSİL
A- A+

İbtidai sinif müəllimi olmaq istəyənlər imtahan verir

4 avqust müəllimlərin işə qəbulu üzrə müsabiqənin test imtahanı mərhələsinin sonuncu günüdür.

Təhsil Nazirliyindən Adalet.az-a verilən məlumata görə, imtahanların 21-ci günündə ibtidai sinif müəllimliyi üzrə namizədlər üçün əlavə imtahan keçirilir. İmtahanlarda 1036 namizədin iştirakı nəzərdə tutulub.

Qeyd edək ki, müəllimlərin işə qəbulu üzrə test imtahanlarına iyulun 5-dən start verilib. Növbəti mərhələdə namizədlər vakansiya seçimində iştirak edəcəklər.