SON DƏQİQƏ:

Ceyhun Bayramov Əsəd Qeysərlə görüşdü

  32392   |  
Şriftin ölçüsü  

İyulun 28-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Pakistan Milli Assambleyasının sədri Əsəd Qeysər ilə görüşüb.

Adalet.az xəbər verir ki, görüşdə Pakistan parlamentinin sədri Qarabağ zəfəri münasibətilə təbriklərini çatdırıb.

“Azərbaycanı dəstəkləmək bizim üçün qürurvericidir. İnanırıq ki, bizim əlaqələrimiz gələcəkdə daha möhkəm və sıx olacaq. Bakı Bəyannaməsi bizim bir çox sahədə münasibətlərimizin inkişafına yeni yol açdı. Bizim xüsusilə təhsil və enerji sahələrində yeniliklər edəcəyimizə inanıram. Azərbaycan hər zaman bizə doğma ölkə olub və bu, hər zaman belə olacaq”, - Ə.Qeysər bildirib.

C.Bayramov qeyd edib ki, Bəyannamənin imzalanmasından sonra əlaqələrimizdə yeni mərhələyə başlayır. Tamamilə əminik İslamabad və Bakı bəyannamələri əlaqələrimizi daha da möhkəmləndirəcək. Azərbaycan Pakistanın dəstəyini daim hiss edir və bu, qürurvericidir. Pakistan Azərbaycanın öz ərazilərini işğaldan azad etməsinə mənəvi köməyini göstərdi.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK