SON DƏQİQƏ:

Ekspertlərin fikrincə qlobal fəlakətlər proqnozlaşdırılandan əvvəl başlayıb

  28185   |  
Şriftin ölçüsü  

Alimlər bir çox ölkələrdə ekstremal hava şəraitinin yalnız hava anomaliyaları ilə deyil, dünyada proqnozlaşdırılandan əvvəl başlayan qlobal istiləşmənin fəlakətli nəticəsi ilə əlaqələndirirlər.

“Bloomberg”in məlumatına görə, iqlimdə temperatur sənayedən əvvəlki dövrlə müqayisədə 1,2 dərəcə selsi isinib və istiləşməyə davam edəcək.

Məlumatlara görə, Sibir və ABŞ-ı meşə yanğınları, Qərbi Avropanı daşqınlar əsarətinə alıb. Bildirilir ki, təkcə iyulun son həftəsində, daşqınlar səbəbindən Çinin Henan əyalətində 380 min insan evakuasiya edilib, Uqandada (Afrika) 30 kəndə zərər dəyib və Hindistanın Mumbay şəhərində 164 nəfər ölüb.

Bundan başqa, hazırda Türkiyə və Şimali Amerikada son dərəcə yüksək temperatur (50 dərəcəyə qədər), Braziliyada və Afrikanın cənubunda isə görünməmiş soyuq (-1-dən aşağı) müşahidə olunur.

Finlandiyada indiyə qədər qeydə alınan ən uzunmüddətli istilər müşahidə olunur. 31 gün ərzində istilik 25 dərəcə selsidən aşağı düşməyib.

İranda isə son onilliklərdə müşahidə olunan ən isti yay ölkənin cənub-qərbində su qıtlığına səbəb olub.

Bütün bu təbii fəlakətlərin ümumi bir cəhəti var - qlobal istiləşmə. Alman meteoroloq Yohannes Kvaasın sözlərinə görə, istixana qazı tullantılarına iqlimin reaksiyası dərhal görünmür. Bu gün görünən anormal temperatur və müvafiq hava hadisələri, on illər əvvəl atmosferə daxil olan tullantıların nəticəsidir.

Kvaas hesab edir ki, dünya 2050-ci ilə qədər sıfır qaz tullantısına çatsa da, iqlim tarazlığına çatana qədər planet istiləşməyə davam edəcək. Alimlər əsrin sonuna qədər iqlimin sənayedən əvvəlki səviyyədən 1,5-2 dərəcə isti olacağını təxmin edirlər. Bununla birlikdə, heç kim proqnozlardan 100 faiz əmin ola bilmir - planetdə ilk dəfə belə bir təcrübə aparılır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK