SON DƏQİQƏ:

İveriyanın Alban əsilli çarları - İlhami Cəfərsoy yazır

  13198   |  
Şriftin ölçüsü  

Bizim tarix dərsliklərinə inansaq, Pompeylə vuruşan Alban çarının adı Oroys, qardaşının adı Kozis olmuşdur. Dərslik yazanlar zəhmət çəkib "Armeniya və Roma" kitabının 1843-cü il nəşrinə baxsaydılar görərdilər ki, çarın adı Uruz, qardaşının adı Kuzu imiş. Kuzu romalılara məğlub olsa da, iverlər üzərində hakim ola bilmişdi. "Kartlis tsxovreba"ya və X əsrdə qələmə alınan bir salnaməyə görə Kuzunun törəmələrindən biri Kuyaş 72-87-ci illərdə çoxtayfalı İveriya üzərində hakim olmuşdur (Xaxanov1897.s.159). Kuyaş türk dillərində günəşin adlarından biridir. Kuzu nəslinin zadəganları XI əsrdən İudeya mənşəli baqrationlar Tiflisi tutandan sonra tədricən gürcüləşdilər. Ancaq uzun zaman öz əcdadlarını unutmadılar.A.S Xaxanov yazır ki, Gürcüstanın Kosidze və Kozişvili zadəgan nəsilləri Albaniya çarı Kuzunun törəmələridir (Xaxanov 1897.s.159). Tarixi mənbələrdə bəzən Kuzu, bəzən Xuzu, Kuzi adlandırılan Quzu qədim türk etnoslarından biridir. Onların xristianlaşmamış bir nəsli Krımda (Qarkavets1988.s.55), bir nəsli Çuxur ovada yaşayırdı (Faruk Sümər 1992.s.186, 256).Bizim tarix elmimiz daha çox xalqın yox, ərazinin tarixinin öyrənilməsinə yönəlmişdir. Biz yaratdığınız dövlətlətin tarixini yalnız Azərbaycanda yox, ucsuz-bucaqsız Avrasiyada tədqiqatın obyektinə çevirməliyik.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-18
2021-09-17

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17, 10,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK