adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
26 Iyul 2021 17:00
44867
DÜNYA
A- A+

Kuril adaları hələ də mübahisəlidir

Rusiyanın baş naziri Mixail Mişustinin Uzaq Şərqə, İturup adasına səfəri, Yaponiyada etirazla qarşılanıb. Bu barədə məlumat verən Yaponiyanın Kiodo agentliyi, Rusiyanın bu ölkədəki səfiri Mixail Qaluzinin xarici işlər nazirliyinə çağrıldığını və ona baş nazirin səfəriylə bağlı  hökumətin etirazı bildirilib.

Yaponiya xarici işlər nazirinin müavini Takeo Mori, hazırda Rusiyanın baş naziri Mişustini,  öz əraziləri kimi hesab etdiyi İturup, Kunaşir, Şilkotan  və Xabomai adalarına səfərini qəbuledilməz saydığını və bununla əlaqədar Rusiya səfirinə etirazlarını bildirdiklərini bəyan edib.

İkinci dünya müharibəsindən sonra adı çəkilən adaları işğal edən Rusiya, bu adaları artıq ölkəsinin bir hissəsi elan edib. Bundan sonra Yaponiya ilə Rusiya arasında bu günədək hələ də  sülh müqaviləsi bağlanmayıb. 1956-cı ildə SSRİ və Yaponiya arasında imzalanan deklorasiyaya əsasən, Rusiya tərəfi Xabomai və Şikotan  adalarını Yaponiyaya qaytarması şərti ilə, iki dölət araslnda sülh müqaviləsi bağlanmalıydı. Lakin sonrakı danışıqlarda tərəflər razılaşma əldə edə bilmədikləri üçün, bu günəfək sülh müqaviləsi bağlanması məsələsi hələ də açıq qalmaqdadır.

Kreml hazırda Yaponiyanı İkinci Dünya müharibəsinin nəticələrini və Kuril adaları üzərində suverenliyini tanımamaqda günahlandırır.

Rüstəm Hacıyev