adalet.az header logo
  • Bakı 11°C
  • USD 1.7
26 Iyul 2021 16:51
36374
MƏMLƏKƏT
A- A+

Rəşid Mehdiyevin doğum günüdür : Baş leytenant, Aprel şəhidi, ailənin yeganə oğlu...

Bu gün aprel döyüşlərində qəhrəmancasına şəhid olan baş leytenant Mehdiyev Rəşid Rövşən oğlunun doğum günüdür.

Adalet.az xəbər verir ki,  baş leytenant Rəşid Mehdiyev 1990-cı ilin 26 iyul günündə Salyan rayonunun Xələc kəndində anadan olub.

Rəşid orta təhsilini başa çatdırdıqdan sonra istənilən ali məktəbə daxil ola bilərdi. Lakin o, ali hərbi təhsil almağı, zabit kimi Vətənə xidmət etməyi, erməni tapdağı altında qalan torpaqlarımızın azad olunmasında yaxından iştirak etməyi qərara aldı. Bu istəyi reallaşdırmaq üçün Rəşid 2008-ci ildə Heydər Əliyev adına Bakı Ali Ümumqoşun Komandirləri Məktəbininə daxil olur və 2011-ci ildə həmin məktəbi bitirir.

Üzərinə düşən bütün vəzifələri şərəflə və ləyaqətlə yerinə yetirərək tez bir zamanda baş leytenant rütbəsini alır və Gəncədə yerləşən "N" saylı hərbi hissədə taqım komandiri kimi xidmət edir. 2016-ci il aprel döyüşləri zamanı Rəşid ərizə yazaraq könüllü olaraq doyüşlərə qoşulur. Rəşid topcu kimi ordumuzun aprelin 2-də işğaldan azad etdiyi Talış kəndi ətrafındakı yüksəkliklər yaxınlığında ermənilərin bir neçə texnikasını sıradan çıxarır. Nəticədə, o, yüksəkliklərin düşməndən azad edilməsində qəhrəmanlıq göstərərək şəhid olur.

 

Aprelin 5-i isə Rəşid Mehdiyev doğulduğu Salyan rayonunun Xələc kəndində son mənzilə yola salınır.

Şəhid Rəşid Mehdiyev ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

 Əntiqə Rəşid