adalet.az header logo
  • Bakı 4°C
  • USD 1.7
24 Iyul 2021 16:40
68048
İDMAN
A- A+

Tokio-2020: Boksçularımızdan və üzgüçülərimizdən xəbər var

Tokio-2020 Yay Olimpiya Oyunları bütün sürəti ilə davam edir


Adalet.az xəbər verir ki, Azərbaycanın daha bir boksçusu Tokio-2020 Yay Olimpiya Oyunlarında rinqə çıxıb.
 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən Məhəmməd Abdullayev mübarizəyə 1/16 finaldan başlayıb. Onun rəqibi bruneyli Denis Latıpov olub.

 


Abdullayev ilk iki raundda rəqibindən üstün olub. Üçüncü raundda 5 hakimdən 4-ü qələbəni Latıpova versə də, yekunda 3:1 hesab ilə qalib gələn azərbaycanlı boksçu 1/8 finala vəsiqə qazanıb.
Abdullayev növbəti raundda özbəkistanlı Baxodir Jalolovla üz-üzə gələcək.

 

Azərbaycanın qadın üzgüçüsü Məryəm Şeyxəlizadəxangah Tokio-2020 Yay Olimpiya Oyunları ilə vidalaşıb.
İdmançı təsnifat mərhələsində 100 metr məsafəyə batterflayda 1 dəqiqə, 1,37 saniyə nəticə göstərib.
Ən yaxşı 18 üzgüçü arasına düşə bilməyən Şeyxəlizadəxangah yekunda 30-cu olub və yarımfinala yüksələ bilməyib. Beləliklə, Maksim Şemberevdən sonra o da olimpiadada mübarizəni dayandırıb.

 


Qeyd edək ki, olimpiadada Azərbaycanı təmsil edən üzgüçülər məhz Maksim Şemberev və Məryəm Şeyxəlizadəxangah olub.