SON DƏQİQƏ:

Bakıda əməliyyat: 7 narkotacir saxlanıldı

  40876   |  
Şriftin ölçüsü  

Polis əməkdaşları Bakının Xətai, Nəsimi və Binəqədi rayonlarında narkotacirlərə qarşı keçirdikləri əməliyyatlar zamanı 7 nəfər saxlanılıb.

Daxili İşlər Nazirliyindən Adalet.az-a verilən məlumata görə, Bakı şəhərində polis əməkdaşları tərəfindən narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olan şəxslərin aşkar edilərək məsuliyyətə cəlb edilmələri istiqamətində əməliyyatlar davam etdirilir. Növbəti əməliyyatlar paytaxtın Xətai, Binəqədi və Nəsimi rayonlarında baş tutub.

Belə ki, Xətai Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən rayon ərazisində keçirilən əməliyyat zamanı heroin, eləcə də “patı” adlanan psixotrop maddə metamfetaminin qanunsuz dövriyyəsi ilə məşğul olan Zakir Əhmədov və Qadir Nəcəfov saxlanılıblar. Onlardan külli miqdarda satmaq məqsədi ilə əldə etdikləri adları qeyd edilən narkotik vasitələr aşkar olunub.

Binəqədi Rayon Polis İdarəsinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də narkotik maddələrin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş Bəhruz Əmənov saxlanılıb. Onun üzərindən və yaşadığı evdən ümumilikdə satmaq üçün əldə etdiyi 1 kiloqram 80 qram psixotrop maddə metamfetamin, eləcə də hazır bükümlərdə güclü təsiredici narkotik vasitə olan kokain və elektron tərəzi aşkar edilib.

Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlar tərəfindən də “Papanin” adlanan ərazidə keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar. Əməliyyat zamanı paytaxt sakinləri Vüqar Orucov, Nəsimi Adıgözəlov, Mirzə Quliyev və Kamil İmanov saxlanılıblar. Onlardan ümumilikdə 1 kiloqrama yaxın heroin və metamfetamin aşkar edilib.

Faktlarla bağlı Xətai, Nəsimi və Binəqədi Rayon Polis İdarələrində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb və adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Cinayət işləri üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-23
2021-10-22

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 23 21 19 16 14 12 09 07 05 02

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK