SON DƏQİQƏ:

Mənzurə Musayeva "Duet ortaqları sevgili olurlar" fikrinə: Həmkarından “özünü yığışdır” XƏBƏRDARLIĞI

  47554   |  
Şriftin ölçüsü  

"Duet ortaqları sevgili olurlar" sözü müğənni Mənzurə Musayevanı əməlli-başlı qalmaqala salıb. Onun bu qalmaqallı açıqlaması həmkarı Cavanşir Məmmədovun nəinki xoşuna gəlməyib, hətta onu bərk əsəbləşdirib.


Adalet.az xəbər verir ki, Cavanşir Məmmədov etirazını ARB televiziyasında bildirib.

Müğənni həmkarı Mənzurə Musayevanın həmin açıqlamasından sonra onun ünvanına tənqidi fikirlər səsləndirib: "Öz gözlərində tir görməyənlər başqa gözlərdə mil axtarırlar. Adam danışanda qadın olduğunu da düşünməlidir. Biz çayın nəyin üzərindən axdığını açıb-tökmərik, amma danışanda diqqətli olmaq lazımdır. Elə danış ki, həmin quyuya özün düşə bilərsən. Flora Kərimova ilə Gülağa Məmmədov duet oxuyublar, onlar sevgili idilər? Yaşar Səfərov ilə Elmira Rəhimova sevgili idi? Deyir ki, Səyyad Əlizadə ilə Mətanət sevgili idi. Utanmırsan?! Onun ailəsində problemlər yaradırsan. Adama bir-iki dəfə deyərlər. Mən sənə bir dəfə də xəbər göndərdim ki, özünü yığışdır, danışığına fikir ver, mənim haqqımda da demisən. Biz çox hadisələrin şahidi olmuşuq".
Qeyd edək ki, "Bütün duet ortaqları eşq yaşayır, bəsdirin, belə iş olar?"sözlərini müğənni Mənzurə Musayeva prodüser Tarix Əliyevin "Günə bir şou" proqramında deyib.

O bildirib ki, Azərbaycanda duet oxuyanlar sevgili olurlar:

"Hamısını öyrənirsən ki, eşq yaşayır. Eşq bitdi, gedib onun acığına başqa qız gətirir oxuyur. Qız da gedib başqa oğlan tapıb gətirir. Qızların çoxu sədaqətli olur. Oğlanlar isə yox".


Əntiqə Rəşid

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK