adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Iyul 2021 13:12
67093
SİYASƏT
A- A+

Politoloq Nəzakət Məmmədova: "Şuşa 27 dəqiqə atəşə tutulur və Rusiya sülhməramlıları müdaxilə etmir! NİYƏ?"

 “Şuşa ətrafında atəşkəsin ard-arda pozulmasında ermənilərin bir günahı varsa, Rusiya sülhməramlılarının günahı bunun on qatı qədərdi”.

Adalet.az-a bu sözləri politoloq Nəzakət Məmmədova iyulun 15-i gecə saatlarında Azərbaycan Ordusunun Şuşa şəhəri ətrafındakı mövqeləri atıcı silahlardan atəşə tutulması və Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qanunsuz erməni silahlı dəstələri tərəfindən təxribatların törədilməsi  ilə  bağlı suallarını  şərh edərkən bildirib.

Politoloq deyib ki, Rusiya  sülhməramlılarının rəsmi məlumatına görə  Şuşa 27 dəqiqə atəşə tutulub:” Bu o deməkdir ki, 10 noyabr bəyanatını razılaşdıran və üç tərəfdən biri olan Ermənistan Bəyanatın şərtlərini kobud şəkildə pozuir.  

 Bildiyiniz kimi, Bəyanatın şərtlərinin və tələblərinin həyata keçirilməsinə nəzarət edən Rusiya sülhməramlılarının susqunluğu və hərəkətsizliyi təəccüb doğurur..  Belə olan halda  onların gözü qarşısında hələ də Azərbaycan ərazilərində qalan ermən silahlıları təxribatlar törədir,   atəşkəs pozur, sabitliyi qəsdən təhlükə altına alır.

Onda belə bir qənaətə gəlinir ki, Rusiya sülhməramlıları ya öhdələrinə düşən vəzifəni yerinə  yetirmək qabliyyətində deyillər. Əlbətdə bu inandırıcı variant deyil. Çünki Rusiya kimi  supergüc, kosmosu fəth edən, dünya ölkələrinə meydan oxuyan, hərbi-texniki və hərbi kontingenti dünya üzrə ən qüdrətlilər sırasındadır.  Qarabağda bir ovuc erməninin öhdəsindən gələ bilməmək kimi bir problemi ola bilməz! Bu mümkünsüzdür.

 O zaman ikinci variant ağıllara sual işarəsi gətirir: Rusiya sülhməramlıları  qəsdən  şərtləri yerinə yetirmirlər?.  

 Belə düşünməyə haqqımız da var. 10 noyabr sazişindən artıq 8 ay keçməsinə baxmayaraq hələ də ⁠ Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə erməni silahlıları niyə qalmalıdır ki? Rusiya Müdafiə Nazirliyi bu suala cavab verməlidir. Yox əgər orada erməni silahlı qruplar yoxdursa, bəs onda atəş açan kimlərdi?

 ⁠

 İkinci bir tərəfdən sizində bildiyiniz kimi, Ermənistan höküməti, eləcədə ATƏT-in Minsk qrupunun üzvü olan ölkələri yenidən adıgedən qrupun fəaliyyətini dirçəltmək istəyir və istəklərini zaman-zaman dillərinə gətirirlər. Azərbaycan Prezidentinin bu fikrə kəskin münasibətini gördükdən sonra məqsədlərini başqa yolla gerçəkləşdirməyi planlayırlar. Düşünürəm ki, ABŞ və Fransanın  Ermənistana isti münasibəti dolayısı ilə dəstəyi erməni silahlılarının Qarabağda təxribatlar törətməyə həvəsləndirib. Bununla  dünya ictimaiyyətinə onu sərgiləməyə çalışırlar ki,  sülh heç də Rusiya sülhməramlıların deyil, ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin birgə səyi ilə bərqərar ola bilər . Təbii ki, Qarabağa hərbi kontingenti yerləşdirmiş Rusiyaya da bu plan sərf edir.

 Düşünürəm ki, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan müzəffər ordusunun Şuşanı ermənilərdən geri almasını  nə Ermənistan nə də onun havadarları həzm edə bilmir. Bunu ötən həftə Şuşa səfərindən imtina edən ATƏT-in Minsk qrupunun üzvü olan ölkələrin səfirləri də öz hərəkətləri ilə təsdiq etdi . Zənnimcə, dərhal Şuşa şəhərinin əhalisi yurdunda yerləşdirilməli və  möhtəşəm “Şuşa Bəyannaməsi”indən sonra orda Türkiyə qarnizonu da mütləqdir.  

 Əntiqə Rəşid