SON DƏQİQƏ:

Aqil ABBAS: KÖNLÜMDƏN XANKƏNDİNDƏ BORŞ YEMƏK KEÇİR

  50495   |  
Şriftin ölçüsü  

Şuşaya hər səfərdən sonra ora gedənləri  sosial şəbəkələrdə və saytlarda gedə bilməyənlər topa tuturlar, xüsusilə də  jurnalistləri və ziyalıları. Və topa tutanlar da elə  jurnalistlər və ziyalılardı.

Növbəti topa tutulan ATV-nin  əməkdaşı Zaur Baxşəliyevdi.  Və uzun bir siyahı yazırlar ki, niyə filan şuşalılar (söhbət  şuşalı jurnalistlərdən və ziyalılardan gedir) dura-dura Zaur  Baxşəliyevi Şuşaya aparıblar.

Əvvəla, Zaur Baxşəliyev də Şuşada doğulub, şuşalıdı və bütün  Qarabağın ağrı-acısını da yaşayanlardan biridi. Bunu da verilişlərində həmişə izləmək olur. Yəni Şuşaya  getmək onun da haqqıdı.

Və təbii ki, Zaur Baxşəliyev kimi digər  şuşalı jurnalistlərin və ziyalıların da Şuşaya  getmək  haqqı var.

İkincisi, həmin jurnalistlərin  təmsil olunduğu media orqanlarının  rəhbərləri bu barədə Prezident Aparatına müraciət edibmi? Etməyiblərsə, şikayət etməyə haqları yoxdu. Ediblərsə, nə cavab alıblar?

Üçüncüsü, az qalıb. Şuşaya  çəkilən yol tezliklə bitəcək, ondan  sonra Şuşanı su yoluna döndərəcəyik.

Dördüncüsü, tezliklə Ağdam-Şuşa yolu da  açılacaq, Ağdamdan 20-25 dəqiqə sonra  Şuşadasan. Bu yol 37 kilometrdi.

Ağdamın Ağdam vaxtı yarış gedirdi – kim bu yolu daha tez gedər? Yadımdadır, rekord rəhmətlik  rejissor Aydın Dadaşovun qardaşı  Ayaz Dadaşova məxsus  idi: 18 dəqiqə.

O da yadımdadır ki, Qarabağın  böyük ziyalısı, Xankəndi Pedaqoji Universitetin dekanı rəhmətlik Süleyman Zeynalovun oğlu Rafiq Zeynalov bu rekordu  təzələmək istəyəndə maşını ilə dərəyə  yuvarlanmışdı  və Allahın  mözücəsi baş vermişdi. Daşaltı çayına gedib düşən  avtomobildən sağ-salamat  çıxmışdı, yalnız bir qolu qırılmışdı.

Darıxmayın, həmin yarışların  yenə  şahidi olacağıq.

Və dostlar, siz də  darıxmayın. Allah qoysa siz də tezliklə  nə vaxt ürəyiniz istədi Şuşaya gedə biləcəksiniz.

Ağdamlılar borş yemək istəyəndə Xankəndinə gedərdilər və ən yaxşı borşu da Avtovağzaldakı yeməkxanada verərdilər.

Və mənim də könlümdən İsa bulağından  su içməkdən çox (İsa bulağının suyunu istədiyim vaxt gedib içə bilərəm, günü elə bu gün də) Xankəndidəki Avtovağzalda borş yemək keçir.

Bəs sizin?

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK