adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
11 Iyul 2021 13:15
101095
İDMAN
A- A+

Şəhriyarın məglub etdiyi Harri Kasparov: Nankor bakılı…

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən "Croatia Grand Chess Tour”un blits turniri start götürüb.
İki günlük turnirin birinci günündə - dünən Şəhriyar Məmmədyarov 9 turda mübarizə aparır.


Beləliklə, Şəhriyar Məmmədyarov ilk görüşdə fransalı Maksim Vaşye-Laqrava məğlub olub. Daha sonra rusiyalı Yan Nepomnyaşiyə və niderlandlı Jorden Van Forestə qalib gəlib.
Rusiyanın daha bir şahmatçısı Aleksandr Qrişuk və polşalı Yan-Kşıştof Dudaya məğlub olan şahmatçımız 6-cı turda eks-dünya çempionu, Rusiyanı təmsil edən Harri Kasparov üzərində cəmi yeddi gedişə qələbə qazanıb.Adalet.az saytı qalib Şəhriyar Məmmədyarovun məğlub etdiyi dünya şöhrətli bakılı qrossmeyster haqqında qısa bir xatırlatma verəcək.


Nankorluq erməni xislətinin süjet xəttidir


Azərbaycan SSR-in əməkdar məşqçisi, dəfələrlə müxtəlif FİDE komitələrinə üzv seçilən Çapay Sultanov yazır: "Qarabağ münaqişəsinin kritik günlərində ən güclü informasiya zərbəsini Azərbaycana məhz Andrey Saxarov və Harri Kasparov vurdu. Harri Kasparovun məşhur "Bakıda yalnız erməni olduğuna görə səni öldürürlər” ifadəsi dünyanın bir çox tanınmış KIV-lərinin manşetinə çevrildi.
Mediadan:Müxbirin məşhur şahmatcıya sualı:
- Dünya çempionluğundan sonra siz qazancınızı Bakıdakı erməni əhali arasında bölüşdürəcəyinizi açıqladınız...
- 1990-cı ildə şahmat tacımı satdım və onu hazırkı FİDE prezidenti Kirsan İllümjinov aldı. Pulları həmin ilin yanvarında dəqiq bölgü əsasında Bakıdan olan qaçqınlara payladım. 6500-dək qaçqın ailə arasında biz də var idik.
- Ermənistandan da azərbaycanlılar qaçqın düşmüşdü. Pulları onlar arasında bölüşdürə bilməzdiniz?
- Mən bir nəfərəm və Bakıdan qaçanlara mənsub idim”.


Kimdi Harri Kasparov?

 


Erməni südü əmmiş nankor azərbaycanlı Harri Kimoviç Vaynşteyn (Kasparov) 1963-cü il aprelin 13-də Bakıda mühəndis ailəsində anadan olub. Atası mənşəcə yəhudi Kim Vaynşteyn energetika mühəndisi, anası Dağlıq Qarabağdan olan milliyətcə erməni Klara Kasparova isə avtomatika və telemexanika üzrə mütəxəssis idi.
Harrinin 7 yaşı olanda atası Kim Vaynşteyn xərçəng xəstəlyindən vəfat edib. Harrini anası Klara Kasparova böyüdüb. 1975-ci ildə SSRİ-də gizli antisemitizmin (yəhudilərə qarşı düşmənçilik) mövcud olması səbəbindən Klara Kasparova yaşına görə, həddən artıq zəka nümayiş etdirən oğlu Harrinin umidverici şahmat karyerasını əngəlləməmək üçün aşkar yəhudi soyadı olan Vaynşteyni özünün qızlıq soyadı Kasparovla əvəzləyib.
Harri Kasparov uşaq yaşlarında şahmata böyük maraq göstərir və müasir dillə desək, əsl vunderkind kimi yetişir. Onun fenomenal şahmat istedadı Bakı Pioner Sarayındakı şahmat dərnəyində özünü biruzə verir.O, 15 yaşında SSRİ-nin ən gənc idman ustası və şahmat çempionatının ən gənc iştirakçısı olur. 16 yaşında isə SSRİ çempionu adını qazanır və ittifaq tarixində bu adı alan ən gənc şahmatçıya çevrilir. 1980-ci il 17 yaşlı Harri Kasparov SSRİ yığmasının heyətində Avropa çempionu olub. Eyni zamanda 1980-ci ildə Bakı şəhərindəki 151 saylı orta məktəbi qızıl medalla bitirib.
Kasparov 1985-ci il noyabrın 9-da dünya çempionu Anatoli Karpovu gərgin görüşdə 13:11 hesabı ilə məğlub edərək 22 yaşında şahmat üzrə dünya çempionu olub.


Harrini yönləndirən erməni Klara...


Mətbuatdan: "O zaman Bakıda yaşayan Harrinin gündəlik rejiminə anası Klara Kasparova ciddi nəzarət edirdi. Ümumiyytlə, Harrinin bioqrafiyası ilə tanış olan bütün mütəxəssislər bakılı şahmat dahsinin formalaşmasında və uğurlarında onu təkbaşına böyütmüş Klaranın rolunu qeyd edirlər. Oğlunun istedadını inkişaf etdirmək üçün hətta Klara 1981-ci ildə avtomatika və telemexanika üzrə mütəxəsis kimi çalışdığı elmi-tədqiqat institutundan da çıxmışdı.
Əvəzində o, sənədlərdə SSRİ şahmat yığmasının məşqçisi göstərilirdi və buna müavafiq maaş alırdı. 1979-cu ildə keçmiş Yuqoslaviyada keçirilən qrossmeyster turnirində qələbə qazandıqdan sonra Harri Kasparov və anası Azərbaycanın 1-ci katibi Heydər Əliyevlə təkbətək görüşə də çağırılmışdılar.Həmin vaxt ana-bala sovet dövrü üçün pis yaşamırdılar. Onlara Bakıda geniş ev verilmişdi. 13 yaşından təqaüd alan Harri həm də xüsusi sifariş əsasında gətirilən ərzaqdan istifadə edirdi. İlin 6 ayını isə Zağulbada yerləşən bağ evində keçirirdi. Deyilənə görə, Kasparovun yoxluğunda, orda Müslüm Maqomayev istirahət edirmiş. Klara Şagenovnanın oğlunun kayerasına təsiri isə sürətlə artırdı. Oğlunun bütün müsahibələri yekun varinatda anası Kasparovanın qarşısına qoyulurdu, şahmat çempionuna edilən zənglərə də birinci anası cavab verirdi. Şahmat oyunu zamanı isə Klara Şagenovna Kasparova oğlunun 2 metrliyində onun üçün xüsusi quraşdırılmış stulda əyləşirdi. O zamanlar mətbuatda Kasparovun ona edilən hər hansı təkliflərlə bağlı "anam icazə versə” ifadəsi gülüş mövzusu idi”. Kasparov dünya çempionu olandan sonra düz 15 il ərzində şahmat tacının qeyd-şərtsiz hakimi olub.


Azərbaycan Ordusuna və Şəhriyar Məmmədyarova təşəkkür edirik!


Əntiqə Rəşid