adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
03 Iyul 2021 22:16
26002
İDMAN
A- A+

AVRO-2020: Bakıda keçirilən son oyunda Danimarka yarımfinala yüksəldi 

Bu gün AVRO-2020 futbol üzrə Avropa çempionatı çərçivəsində Bakıda sonuncu oyun, dörddəbir final mərhləsinin matçı keçirilib.

Adalet.az-ın məlumatına görə, Bakı Olimpiya Stadionunda keçirilən oyunda Çexiya və Danimarka millilərinin qarşılaşıblar.

Oyun Danimarka millisinin 2:1 hsablı qələbəsi ilə yekunlaşıb. Danimarkanın heyətində qolları T.Dileyni (5-ci dəqiqə), K.Dolberq (42-ciu dəqiqə) vurublar, Çexiyanın yeganə qolunun müəllifi isə P.Şik (49-cu dəqiqə) olub.

Çempionatın yarımfinalına yüksələn Danimarka millisi bu mərhələdə İngiltərə-Ukrayna cütünün qalibi ilə qarşılaşacaq. Yarımfinalın digər matçında İtaliya və İspaniya üz-üzə gələcək.

Qeyd edək ki, AVRO-2020 çərçivəsində Bakıda A qrupunun üç matçı keçirilib. İyunun 12-də ilk oyunda Uels İsveçrə ilə 1-1 oynayıb. İyunun 16-da Türkiyə Uelsə 2-0, iyunun 20-də İsveçrəyə 3-1 hesab ilə məğlub olub.

Turnirin yarımfinal və final matçları Londonun "Uembli" stadionunda baş tutacaq.