adalet.az header logo
  • Bakı 5°C
  • USD 1.7
03 Iyul 2021 17:16
22925
İDMAN
A- A+

UEFA Bakı Olimpiya Stadionunu təltif etdi

Bakı Olimpiya Stadionu (BOS) UEFA-nın baş katibinin müavini Corco Marketti tərəfindən təltif edilib.

Adalet.az-ın məlumatına görə, BOS Avropa çempionatında A qrupunun 3 oyunu arasında müddətin azlığına və isti hava şəraitinə baxmayaraq arenanın ot örtüyü ideal vəziyyətdə saxlanıldığı üçün mükafatlandırılıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında 1/4 final mərhələsinin matçı da gerçəkləşəcək. Qarşılaşma saat 20:00-da başlayacaq