Murat Ülker “Azersun Holding”in rəhbərliyi ilə görüşüb
Türkiyəli iş adamı Murat Ülker Bakıya səfəri çərçivəsində “Azersun Holding”in qonağı olub.
“Azersun Holding”dən Adalet.az-a verilən məlumata görə, iki günlük səfər çərçivəsində “Azersun Holding”in Baş İcraçı Direktoru Savaş Uzan və rəhbər heyət ilə keçirilən görüşlərdə tərəflər arasında mövcud əməkdaşlığın nəticələri dəyərləndirilib, tərəfdaşlığın inkişaf perspektivləri və gələcək dövr üzrə strateji hədəflər müzakirə edilib.
Səfər proqramı çərçivəsində Murat Ülker üçün bazar ziyarəti də təşkil olunub. Ziyarət zamanı Azərbaycanın pərakəndə satış sektorundakı mövcud vəziyyət və “Ülker” markasının yerli bazarda təmsil olunması ilə tanışlıq baş tutub.
Görüşlərdə uzunmüddətli və qarşılıqlı etimada əsaslanan işgüzar əlaqələrin əhəmiyyəti vurğulanıb, mövcud tərəfdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, “Azersun Holding” və “Ülker” arasında əməkdaşlıq 2019-cu ildən etibarən davam edir. “Ülker” markasının Azərbaycandakı rəsmi distribütoru olan “Azersun Holding” brendin geniş çeşiddə məhsullarının ölkə ərazisində distribüsiyasını və istehlakçılara çatdırılmasını təmin edir.
Digər Xəbərlər
26 Noyabr 2026 13:11
Vilayət Eyvazov Masallıda qəbul keçirəcək
26 Noyabr 2026 12:18
Sabah hava necə olacaq?
26 Noyabr 2026 11:32
BŞİH müdaxilə etdi: Tarixi binanın qapısı bərpa olunur
26 Noyabr 2026 11:16
ABŞ-nin Bakıdakı səfirliyi iki gün fəaliyyət göstərməyəcək
26 Noyabr 2026 11:00
Nazirlər və komitə sədrləri bu tarixlərdə vətəndaşları qəbul edəcəklər
26 Noyabr 2026 10:27
“Zorakılığa məruz qalmış şəxsləri mühakimə etdikcə...”
26 Noyabr 2026 01:00
Polis matç zamanı gücləndirilmiş rejimdə işləyib - FOTOLAR + VİDEO
25 Noyabr 2026 18:18


Bakı -°C

