adalet.az header logo
  • Bakı 19°C
24 Iyun 2021 15:42
192776
AVTOMABİL
A- A+

Daha bir avtobus kart sisteminə keçir

Sabahdan 108B nömrəli marşrut xətti (metronun “Azadlıq prospekti” stansiyası – Mehdiabad qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı "Bakı Kart"la ödəniləcək.

Bakı Nəqliyyat Agentliyindən (BNA) verilən məlumata görə, sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə Mehdiabad qəsəbəsi üzrə 28 May küçəsi, 269A., Cəfər Cabbarlı küçəsi 5, Binəqədi rayonu üzrə isə Azadlıq prospekti, 104, A.Hüseynov küçəsi, Mərkəz Binəqədi, Binəqədi 2-ci Mədən, Novxanı yolu ünvanlarındakı OBA marketlərdə "Bakı Kart" balansının artırılması üçün POS terminallar quraşdırılıb.

İş prosesinə uyğun olaraq digər marşrut xətləri də mərhələli şəkildə nağdsız ödəniş sisteminə inteqrasiya olunacaq. Bununla bağlı əvvəlcədən məlumat veriləcək.