SON DƏQİQƏ:

Rusiyanın S7 Hava Yolları Voronej-Bakı marşrutu ilə uçuşlara başlayacaq

  13953   |  
Şriftin ölçüsü  

4 iyul 2021-ci ildən etibarən Rusiyanın "S7 Airlines" aviaşirkəti Voronejdən Azərbaycana uçuşlara başlamağı planlaşdırır.

Adalet.az aviaşirkətə istinadən xəbər verir ki, təyyarələr bu il oktyabrın 24-dək planlaşdırılan proqrama uyğun olaraq həftədə bir dəfə - hər bazar günü Bakıya və geriyə uçacaqlar.

Təyyarələr Bakıdan 05:10-da (GMT +4) yola düşəcək və Voronejə 06:45-də (GMT +3) çatacaq, Voronejdən 08:45-də (GMT +3) qalxacaq və 12:00-da Bakıya enəcək.

Qeyd edək ki, S7 Hava Yolları 4 iyuldan etibarən Saratov-Bakı marşrutu üzrə də uçuşlara başlayacaq.

Xatırladaq ki, Rusiya tərəfi iyunun 28-dən etibarən Azərbaycan da daxil olmaqla bir sıra ölkələrdən uçuşların sayını artırmağı planlaşdırır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-26

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK