SON DƏQİQƏ:


Arayik etiraf etdi: Qarabağda cəmi 35 min erməni var

  40930   |  
Şriftin ölçüsü  

Ermənistandakı növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın qərargahında olduğu üçün Xankəndidə etirazla qarşılaşan separatçıların başçısı Arayik Arutyunyan  özü də bilmədən ciddi bir faktı etiraf edib.

Xankəndidən Nikol Paşinyanın Yerevandakı qərargahına getməsinin səbəblərini izah etməyə çalışan Arayik Qarabağdakı erməniləırin Ermənistana möhtac olduqlarını deyib.

“Ermənistanla əlaqələr qurmadan 35 min “vətəndaşın” sosial probleminin həllini necə təsəvvür edirsiniz?” deyən separatçıların başçısı bununla Paşinyana dəstəyini izah etməyə çalışıb.

Bununla da Arayik Arutyunyan hazırda Rusiya sülhməramlılarının nəzarət etdiyi ərazilərdə 35 min erməninin yaşadığını etiraf edib.

Halbuki, Rusiya Müdafiə Nazirliyi və separatçıların daha əvvəl yaydığı məlumatlarda bu rəqəm iki dəfə və daha çox şişirdilirdi.

Rusiya Müdafiə Nazirliyi sonuncu dəfə 52700 erməninin Qarabağa qaytarıldığını bildirmişdi.

Xankəndidəki separatçılar və rəsmi Yerevan isə hətta bir qədər də irəli gedərək, 105 min erməninin Qarabağa qayıtdığını iddia edirdi.

Arayik Arutunyan 35 min rəqəmini səsləndirməklə həm Rusiya Müdafiə Nazirliyinin, həm də rəsmi Yerevanın yalanını ifşa edib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-08-04

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 31 24, 17, 10, 03, 01,
June: 26, 24, 22, 19,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK