adalet.az header logo
  • Bakı 21°C
  • USD 1.7
22 Iyun 2021 10:40
14934
ANALİZ
A- A+

Ağcabədi sakini Masallıda külli miqdarda heroinlə yaxalandı (FOTO)

Ağcabədi sakini Masallıda külli miqdarda heroin satarkən tutulub.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az verilən məlumata görə, Masallı Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Ağcabədi rayon sakini, əvvəllər məhkum olunmuş İ.Çobanov Masallı rayonu ərazisində saxlanılaraq polis şöbəsinə gətirilib. Şöbədə üzərinə keçirilən baxış zamanı İ.Çobanovun əlindəki sellofan torbadan 1 kiloqram 175 qram narkotik vasitə heroin aşkarlanaraq götürülüb.

Faktla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Digər Xəbərlər