adalet.az header logo
  • Bakı 12°C
  • USD 1.7
18 Iyun 2021 10:57
43741
ŞOU-BİZNES
A- A+

Başına dəyən güllədən sonra  tam sağalmayan Tatlısəsdən ÜZÜCÜ XƏBƏR

Türk musiqisini sevənlər bilir ki, 2011-ci il mart ayının 14-də İbrahim Tatlısəs İstanbulda başından güllə yarası alıb. "Nurol Plaza"da çəkilən bir proqrama qatılan Tatlısəs çəkilişlər başa çatandan sonra avtomobilinə minərkən həmin maşına yaxınlaşan avtomobildən Kalaşnikov avtomatı ilə ona atəş açıldı.

Güllələrdən biri Tatlısəsin başına dəyib. Həkimlərin səyi nəticəsində ölümdən dönən müğənni o gündən bir türlü sağlamlığına qovuşa bilmir. Dəfələrlə səhhəti ilə əlaqədar ağır durumlara düşüb. ötən il o, hətta ağır vəziyyətdə xəstəxanaya yerləşdirildi. Tatlısəs həkim müayinəsindən keçdi və məlum olub ki, vəziyyətinin pisləşməsinə qəbul etdiyi ağrıkəsicinin allergiya verməsi səbəb olub.

Adalet.az xəbər verir ki, tanınmış müğənninin səhhətində yenidən problem yaranıb. Tatlısəs damar tıxanıqlığı səbəbilə ötən gün əməliyyat olunub.

 

Tatlısəsin ürəyinə stend taxılıb. Gizli keçirilən əməliyyatın ardından Tatlısəsin səhhətinin yaxşı olduğu bildirilib.

Qeyd edək ki, İbrahim Tatlısəsin atası ərəb, anası kürddür. "Ayağında Kundura" türküsü ilə məşhurlaşan Tatlısəs günümüzə qədər qırxdan çox albom çıxarmış, bir çox filmlərdə rol almış, 19 ildən çox davam edən "İbo Show" televiziya proqramında çalışmışdır. İ.Tatlısəs Türkiyədən başqa bir çox ölkə və regionlarda - Qafqazda, Mərkəzi Asiyada, Cənub-Qərbi Asiyada, Avropada - xüsusi ilə Yunanıstan və Kosovoda tanınır.

İbrahim Tatlisəs Kanal D televiziyasında yayımlanan proqramda "Özünüzü nə olaraq ifadə edərsiniz sualına" "Atam ərəb, anam kürd, mən də türkəm" deyə cavab vermişdir. 2005-ci ildəki Ərbil konsertində də eyni sözləri təkrarlamışdı.

Əntiqə Rəşid