SON DƏQİQƏ:

Daha iki erməni sərhədi azıb Azərbaycan tərəfə keçdi

  19175   |  
Şriftin ölçüsü  

Ermənistanın Sünik bölgəsinin Tex kəndinin iki sakini əkinçilik işləri apararkən azaraq, Azərbaycan ərazisinə keçib.

Adalet.az xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin məlumatına görə, hadisə iyunun 12-də baş verib.

Məlumata görə, 12 iyun tarixində əkinçilik işləri aparan Sünik bölgəsinin Tex icmasının iki sakini traktorlarda hərəkətdə olarkən istiqaməti düzgün seçmədiklərindən Azərbaycan ərazisində peyda olublar.“Ermənistan və Azərbaycan hərbçilərinin, eləcə də rusiyalı sülhməramlıların iştirakı ilə aparılan danışıqlardan sonra kəndlilər, həmçinin traktorlar geri qaytarılıb”,-deyə xəbərdə qeyd olunur.

Qeyd edək ki, Ermənistanın Sünik adlandırdığı Zəngəzur bölgəsi istiqamətində hazırda sərhəd mübahisələri mövcuddur. Ermənistan İkinci Qarabağ savaşından sonra Azərbaycanın Zəngəzur bölgəsinin bir neçə addımlığına qədər gəlməsilə – keçmiş SSRİ dövründəki sərhədlərin bərpası ilə razılaşmaq istəmir.  Düşmənin etirazlarına baxmayaraq, Azərbaycan hərbçiləri erməni kəndlərinin bir addımlığındakı mövqelərdə qərar tutublar... Bu səbəbdən də sərhəddə yuxarıda qeyd olunan hadisələr baş verir./Modern.az

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-07-28

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
July: 17, 10, 03, 01,
June: 26, 24, 22, 19, 17, 15,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vəli Xramçaylı ilə Kəramət Böyükçöllə bulvarda çayxanada söhbət edirlər. Son vaxtlar intiharda  cox danışan Kəramət:

- Vəli qardaş, sən dünya görmüş adamsan. Görəsən o ən hündür binadan özümü yerə atsam neçə günə yerə düşərəm?

Vəli Xramçaylı:

- Uzağı bir həftəyə.

Kəramət:

- Bəz görəsən yerə düşəndə ölərəm?

Vəli Xramçaylı:

- Ayə bə nədi, bir həftə yerə düşənəcən göydə elə ajınnan ölərsən dana.

ARXİV

TƏQVİM

FACEBOOK