"Azərbaycan Cənubi Qafqazı "döyüş məkanı"ndan əməkdaşlıq məkanına çevirib" - Hikmət Hacıyev
Azərbaycan Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan bütün tərəflər üçün əməkdaşlıq məkanına çevirib.
Adalet.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” hesabında paylaşımda qeyd edib.
O, amerikalı professor Ceffri Saksla Bakıda keçirdiyi görüşdən bəhs edərək Azərbaycanın müstəqilliyinin 35 ilinin 34 ilini müharibə şəraitində keçirdikdən sonra Xəzər dənizindən Avropaya yaşıl dəhliz qurduğunu və ölkənin öz hekayəsini yenidən yazdığını bildirib.
Hikmət Hacıyev Ermənistanla sülh, Xəzərin dərinliklərindəki 800 giqavatlıq külək enerjisi potensialı və COP29 barədə də fikirlərini bölüşüb. Paylaşımda Ceffri Saksın sülh və süni intellektlə bağlı papanın ensiklopedik məktubunu təqdim etdiyi qeyd olunub.
Digər Xəbərlər
30 Oktyabr 2026 14:00
Milli Məclisin növbəti iclasının vaxtı açıqlandı
30 Oktyabr 2026 12:10
Azərbaycan və Gürcüstan Baş nazirləri arasında görüş keçirilib
30 Oktyabr 2026 11:20
Kobaxidze: Gürcüstan Azərbaycanla Ermənistan arasındakı sülh prosesini alqışlayır
30 Oktyabr 2026 11:19
Əli Əsədov: Azərbaycan Gürcüstana 4 milyard dollara yaxın sərmayə yatırıb
30 Oktyabr 2026 11:00
Milli Məclisin iclası başladı
30 Oktyabr 2026 10:48
"Nazirin yanına gedəsən, oradan əliboş qayıdasan, bu, biabırçılıqdır" - Deputat
30 Oktyabr 2026 10:27
Əli Əsədov gürcüstanlı həmkarı ilə görüşdü
30 Oktyabr 2026 10:18


Bakı -°C

