Yeni nazir müavini kimdir? - DOSYE
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin 30 oktyabr 2026-cı il tarixli sərəncamı ilə Sadiq Cabir oğlu Əliyev Azərbaycanın maliyyə naziri Sahil Babayevə yeni müavin təyin olunub.
Adalet.az Sadiq Əliyevin dosyesini təqdim edir:
Sadiq Əliyev 1984-cü ildə anadan olub.
Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə və kredit fakültəsinin bakalavriat və magistratura səviyyələrini fərqlənmə ilə bitirib.
Əmək fəaliyyətinə 2005-ci ildən özəl sektorda başlayıb.
2006-2019-cu illərdə Azərbaycan Respublikasının Tarif (Qiymət) Şurasının Katibliyində müxtəlif rəhbər vəzifələrdə çalışıb.
2019-cu ildə İqtisadiyyat Nazirliyində Tarif siyasəti şöbəsinin müdiri vəzifəsini icra edib.
2019-2024-cü illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Strateji planlaşdırma və innovasiyalar şöbəsinin müdiri vəzifəsində çalışıb.
2024-2026-cı illərdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
8 yanvar 2026-cı il tarixindən 30 oktyabr 2026-cı il tarixinədək Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyinin direktoru vəzifəsində çalışıb.
Azərbaycan Respublikası Prezidentinin 30 oktyabr 2026-cı il tarixli Sərəncamı ilə maliyyə nazirinin müavini təyin olunub.
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub.
Ümumdünya Məşğulluq Xidmətləri Assosiasiyasının (WAPES) İdarə Heyətinin üzvüdür.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Ailəlidir, üç övladı var.
Digər Xəbərlər
30 Oktyabr 2026 20:30
Sahil Babayevə yeni müavin təyin edildi - FOTO
30 Oktyabr 2026 19:22
YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrə dair geniş müşavirə keçirilib
30 Oktyabr 2026 17:55
Bakı–Tbilisi–Bakı marşrutu üzrə qatar reyslərinin sayı 4-ə çatdırılır - VİDEO
30 Oktyabr 2026 17:38
Ramiz Mehdiyevlə bağlı QƏRAR
30 Oktyabr 2026 16:35
Milli Məclisdə "Virtual aktivlər haqqında" qanun layihəsi müzakirə olunacaq
30 Oktyabr 2026 16:22
İlham Əliyev onları təltif etdi - SİYAHI
30 Oktyabr 2026 12:39
Yeni Suraxanı–Hövsan xəttinin bərpası davam etdirilir
30 Oktyabr 2026 12:22


Bakı -°C

