SON DƏQİQƏ:

"Ordumuz Azərbaycanda sülhə töhfə vermək üçün var gücü ilə çalışır” - Hulusi Akar

  27532   |  
Şriftin ölçüsü  

“Türkiyə Silahlı Qüvvələri, ölkəmizdə, Azərbaycanda, Kipr, Liviya, Şərqi Aralıq dənizi, Suriya və İraqın şimalında, eləcə də bir çox coğrafiyada həm Türkiyənin, həm də dostlarımızın, qardaşlarımızın təhlükəsizliyini, hüquqlarını qorumaq, qlobal sülhə, rifaha, sabitliyə töhfə vermək üçün var gücü ilə çalışır”.

Adalet.az xəbər verir ki, bunu Türkiyənin müdafiə naziri Hulusi Akar Şərq Aralıq dənizində “DENİZKURDU-2021” təlimlərini müşahidə etdikdən sonra çıxış edərkən bildirib.

H.Akar deyib ki, Türkiyə ordusunun uğurunu həzm etməyən qüvvələr təxribatlar törətməyə cəhd edirlər: “Ordumuza və komandir heyətinə böhtan atmağı vərdiş halına gətirən ordupozanlar var. Fitnə-fəsad ardınca düşən bu “ordupozanlar” nəcib millətimizin sevgisindən, inamından və dualarından ilham alan Türkiyə ordusunun üç qitədə həyata keçirdiyi uğurlu hərbi əməliyyatlara, təlimlərə mane ola və kölgə sala bilməyəcəklər.

Türkiyə Silahlı Qüvvələri, min illərdən süzülüb gələn milli, mənəvi və peşə dəyərlərimizə söykənərək ağılın, məntiqin, elmi biliklərinin işığında, konstitusiyamız və qanunlar çərçivəsində öz vəzifəsini şərəflə icra etməkdədir və bunu əzmlə davam etdirəcəyik. Buna heç kim şübhə etməməlidir”, deyə nazir bildirib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-14
2021-06-13

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
June: 12, 10, 08, 05, 03, 01,
May: 27, 25, 22, 20,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Murad Köhnəqala dostu (hamımızın dostu) Nəsimi  Nəbizadəni  götürüb  aparır  öz kəndlərinə. Deyir ki, gedək bir  həftə qalaq, yeyib-içib kef edək.

Bu Nəsimi də çox təmizkar adamdı. Səhər tezdən durur, həyət-bacanı  təmizləyir, pilləkanları yuyur, heyvanlara ot verir, quşlara  dən verir. Bu hər gün  davam edir. Muradın  anası da heç  vaxt  ona yaxınlaşmır, çomağın ucuyla  danışır  onunla. 

Üç-dörd gün keçir.

Və bir gün səhər Muradın  anası gəlir  çomaqla  Nəsimini  durğuzur və deyir:

- Ay oğul, bu gördüyün dağın o  tərəfi sizin kəndlərinizdi, nə qədər  Murad oyanmayıb, qaç get.

Heç demə, Murad  anasına deyibmiş ki, bu erməni əsiridi, gətirmişəm həyət-bacada işlət.

Düzdür, səhvdir, bizim analarımız, bizim millət belədir də.

ARXİV

TƏQVİM

FACEBOOK