adalet.az header logo
  • Bakı 8°C
  • USD 1.7
08 Iyun 2021 12:14
95233
ŞOU-BİZNES
A- A+

Samirə Əfəndi müsabiqəni uduzsa da, “quşu gözündən vurdu...” – Ərə gedir

Azərbaycanı "Avroviziya-2021" beynəlxalq mahnı müsabiqəsində təmsil edən Samirə Əfəndi "Mata Hari" adlı mahnısı ilə müsabiqədə yer tutmasa da, mahnısı da, geyimi də . rəqqasələri də ölkəmizdə qınansa da amma başqa bir tərəfdən necə deyərlər “tutuzdur”a bilib.

Yəni yarışma Saamirənin bəxtini açıb. Adalet. az xəbər verir ki, müğənni Samirə Əfəndi bəxtinin açılması ilə “Sputnik”ə müsahibəsində məsələnin ciddi olduğunu bildirib:“Dürüst olmaq lazımdırsa, deyim ki, əvvəlcə Norveç təmsilçisi TİX-in marağı mövzusunda ciddi deyildim. Nə olduğunu anlamırdım. “Avroviziya”ya qazanmaq üçün getdim, biri ilə tanış olmaq üçün yox. Seçim və arzularımda qətiyyətliyəm. Mənə mahnı oxudu və duyğularını etiraf etdi”.

O, Norveç təmsilçisi TİX-lə yaşadığı eşqdən geniş söhbət açan Samirə ailə qurduğu zaman Azərbaycandan köçəcəyini açıqlayıb:

“Ora tamamilə fərqli düşüncələrlə getdim, amma taledən bir hədiyyə aldım. “Avroviziya” bitdikdən sonra ondan əvvəl də TİX-in mənə xitab edən müxtəlif videolar çəkdiyini öyrəndim. Bundan xəbərsiz idim. Onu Bakıya dəvət etdim, ailəmlə tanış olmaq istədi. Onunla evlənərəm, ya yox, bunu bilmirəm. Hər şey təklifə bağlıdır. Ayrıldığımızda qoluma qızıl taxdı və dedi ki, məni gözlə, unutma!

Hər gün danışırıq. Evlənsəm, ehtimal ki, Norveçə köçəcəm. Ərim hardadırsa, mən də orada olacam. TİX gələn zaman ona şirniyyatlarımızı təqdim edəcəm. Rotterdamda şəkərbura və paxlavamızı yemişdi”.

“Avroviziya-2011” mahnı müsabiqəsinin qalibi Nigar Camal Azərbaycanı təmsil edən müğənni Samirə Əfəndini tənqid edib demişdi ki, o heç ilk beşliyə də düşə bilməyəcək paltarını da bəyənmirəm. İndi biriniz ordan Nigar Camala deyin ki, düzdü Samirə nəinki ilk beşliyə , heç onluğa da düşmədi, “zato” quşu gözündən vurdu. Ərə gedir, həm də Norveçə!

Əntiqə Rəşid