SON DƏQİQƏ:

“Ağlamamaq üçün özümü güclə saxlamışdım”- MÜSAHİBƏ

  99548   |  
Şriftin ölçüsü  

“Müəllim danışır”

 

Həmsöhbətimiz Sumqayıt şəhəri Z.S.Hacıyev adına 17 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Aidə Ağayevadır.

 

Sənədləşmə işlərinə zaman sərf etmək müəllimləri yorur.

 

-Müəllim peşəsindən öncə təlimçi kimi çalışmısınız. Sinif otaqlarında müəllim olmaq çətindir,yoxsa böyüklərə təlim keçmək?

-Bəli, ilk fəliyyətim sinif otağında şagirdlərlə deyil, müəllimlər,müəllimliyə ilk addımlarını atacaq müdavimlərlə birgə oldu. Müəllimlik,təlimçilik peşəsində ən sevdiyim tərəf müxtəlif təbiətdə olan insanlarla ünsiyyət qurmaqdır,bir də biliyini,səndə olan informasiyanı digərləri ilə bölüşməkdir. İstər azyaşlı,istərsə də yetkin yaşına çatmış fərdlərin də özünəməxsus fikirləri,düşüncələri var və ona görə də hər bir müəllim,təlimçi öyrədərkən mütləq şəkildə özü də öyrənir.Əslində, son zamanlar onlar arasında çətinlik baxımından çox da fərq görmürəm,çünki hər ikisində fasiltatorluq bacarığı,sinfin idarəolunması, psixoloji mühitin yaradılması, dərsə, təlimə öncədən hazırlaşmaq, onların yaş aralığını nəzərə alınması,motivasiya yaradılması kimi faktorlar özünü göstərir. Sadəcə həm şagirdlə,həm də valideynlərlə ünsiyyət qurmaq,ortaq dil tapmaq, eyni zamanda sənədləşmə işlərinə görə xeyli zaman sərf etmək müəllimləri yorur.

-Sumqayıt şəhər olsa da Bakıdan bir çox xüsusiyyətləri ilə fərqlənir.

-Bəlkə də bu şəhərdə doğulmağım,təhsilimi burada almağım,eyni zamanda müəllim olaraq fəaliyyətimi də burada davam etdirməyim Sumqayıt şəhərini çox sevməyimə səbəb olur.Sumqayıt çox sakit,səs-küydən uzaq,insanı uzun yollarıyla yormayan şəhərdir.Həmişə sağlam rəqabət edə biləcəyimiz təhsil mühiti,daim öz üzərində işləyən müəllim heyəti,təhsil ocaqlarının əlçatan olması,təhsil ocaqlarında oxumaq həvəsi olan şagirdlərin yüksək nəticələrinin olması,övladlarını təhsilə həvəsləndirən valideynlərin çoxluğu və s.xüsusiyyətləri ilə fərqlənir.Təhsildə yeniliyi,inkişafı üstün bilən və daim öz üzərində işləyən müəllimlər üçün Sumqayıtda əlavə təhsil,tədris müəssisələri,təlim,seminar,konfransların azlığı özünü göstərir.Təhsildən başqa Sumqayıt şəhərinin sıxlığının çox olmaması,istədiyim məkana əlçatanlığı,maddi baxımdan da büdcəyə uyğunluğu fərqliliyini göstərir.

-İbtidai sinif orta məktəb təhsilinin bünövrəsini təşkil edir.Bu bünövrəni qoymaqda ibtidai sinif müəllimlərinin üzərinə hansı məsuliyyət düşür?

-İbtidai sinfə daxil olan hər bir şagird sinif daxilində,cəmiyyət qarşısında olan,ev mühitində mənimsəmədiyi qaydaları və ilkin öyrənmə,oxuma,yazma,oxuyub anlama,riyazi-məntiq hesablamasını öyrənir.Onların öyrənmə mühitində həm fiziki həm də psixoloji sağlamlığı biz müəllimlərin üzərinə düşür.Yoldaşları ilə ünsiyyət qurmaq bacarığı,dostluğu,insan dəyərlərinə məxsus mənfi və müsbət xüsusiyyətləri haqqında təməl biliklər,vətənpərvərlik hissini,öz doğma yurdunun yaranma tarixi,tarixi şəxsiyyətləri,yazıçıları,şairləri,cəmiyyətdə özünü düzgün aparma qaydaları haqqında əsas,ilkin məlumatlar ibtidai müəllim tərəfindən təhsil mühitində aşılanır.

-Gənc Müəllimlər Assosiasiya ilə müxtəlif fəaliyyətləriniz var. Bu təşkilatın önəmi nədir,bu təşkilatla təhsilimizə hansı müsbət təsiri gözləyirsinz?

-AGMAüzvüyəm,AMA –nın həm üzvüyəm həm də Sumqayıt şəhər üzrə koordinatoruyam.Ümumiyyətlə, belə maarifləndirici,öyrədici,inkişafedirci təşkilatlarda olmaq maraqlıdır.Bu cür təşkilatlar istər-istəməz müəllimlər arasında sağlam rəqabəti gücləndirir,həm də müxtəlif təlim,seminarlar istər şagirdlər üçün,istərsə də təhsil işçiləri üçün təşkil edir.Mən də AMA-nın təsisçisi Tofiq Sadıxovun tövsiyyəsi ilə AGMA –ın keçmiş sədri ,Abşeron rayon deputatı Şahin Seyidzadə və Milli Məclis sədrinin müavini,Gənclər və İdman komitəsinin sədri Adil Əliyev tərəfindən “Gənc nəslin yetişməsində göstərdikləri xidmətlərə görə”Fəxri Fərmanla təltif olundum. Daim fəal olan,axtaran,araşdıran müəllimləri qiymətləndirirlər,bu da müəllim üçün bir uğurdur və daha çox həvəslə işinə yönəlməsinə səbəb olur.

 

Necə ola bilər ki, müəllim bizi övladı kimi ,özünü bizim anamız kimi hiss edə bilər…

 

-İbtidai sinif müəllimi olmaq bir növ analıq məsuliyyəti kimidir...

-Mən şagird olduğum zamanlarda müəllimlər bizlərin hər birini övladları kimi gördüklərini,narahat olduqlarını,uğurlarımıza ürəkdən sevindiklərini,narahatçılığımıza,kədərimizə ortaq olduqlarını deyirdilər. Həmin zaman bu cümlələrin dərinliyi anlamırdım,necə ola bilər ki müəllim bizi övladı kimi ,özünü bizim anamız kimi hiss edə bilər? Saf baxışlı,məsum uşaqlarla işlədikcə uşaqlardan gələn sevginin o hissi yaratdığına əmin oldum.Onların dərs arasında,evdə yazdıqları şeirlər,ürək sözləri,mənə məxsus düzəldikləri əl işləri,mənim rəsmimi çəkməkləri,videoçarxlar hazırlayıb göndərməkləri bunlar heç bir yerdə tapılmayan və əvəz olunmayan hisslərdir.

-AMA-nın Sumqayıt koordinatorusunuz.Koordinator kimi hansı fəaliyyətinizin önəmini xatırlada bilərsiniz?

-AMA-nın fəaliyyəti sevgi,təhsil,toplum,dürüstlük ideaları əsasında maarifçiliyi aşılamaqdır. Təlimçi olmaq,təlimçi kimi öz peşəsini tam dərindən mənimsəmək,Təhsil Nazirliyin təşkil etdiyi Qrant müsabiqəsinə layihə yazmaq kimi təlimlər,seminarlar keçirilir.”Mən bir müəlliməm” “Yumurca”,”AMA təqaüdü” layihələr fəaliyyətdədir.Mənim fəaliyyətim Microsoft Teams proqramı üzrə təlimlər keçirərək təhsil işçilərini daha çox sağlam rəqabətə yönlədirmək,maarifləndirmək,təhsildə yeniliklərlə anında xəbərdar olmaq üçün sövq etməkdir.

-Region yerlərində bəzən qız uşaqlarının təhsildən yayınma halları olduğunu deyirlər. Bəs,bu Sumqayıt şəhərində hansı formadadır?

-Təhsildən yayınma halları həm rayonlarda,həm də şəhərlərdə belə var.Sadəcə faiz azlığına görə şəhərləri göstərmək olar.Özüm təhsil aldığım zamanlarda daha çox rastlaşırdım,amma müəllim fəaliyyətim boyunca belə hallara rast gəlməmişəm.İbtidai sinif müəllimi olduğum üçün bu yaş aralığında valideynlərin övladının daha yaxşı təhsil alması üçün çalışdığını görürəm.

-Müəllim fəaliyyəti dövründə ən çətin anlarınız nələr olub?

-Ən çətin anım 2 dəfə olub.Məktəbdə şagirdlərimlə ilk günüm ən çətin anım olaraq qalıb.Həmin gün dərsi necə başlayıb,necə bitirməli olduğumu bilmirdim.2-ci çətin anımda isə bir şagirdim atası rəhmət gedən digər şagirdimi sözləri ilə incitmişdi.Uşağa necə təsəlli verəcəyimi bilmədim,hisslərim boğazımda düyünlənmişdi ağlamamaq üçün özümü güclə saxlamışdım.

-Müəllim olduğunuza peşmanlıq keçirmisiniz?

-İnsan nə qədər öz işini,peşəsini çox sevsə belə istər-istəməz yorulduğu anlar olur.Bizim işimizdə şagirdlərlə,valideynlərlə ünsiyyət daim olur,hər kəsin problemlərə baxışı,dünyagörüşü fərqli olduğundan anlaşmazlıqlar yaranır.Bu da bəzən yorğunluğa,peşmançılığa səbəb olur.Belə anlarda uşaqların gülüşü,uğuru,əziyyətimizin bəhrəsini görməyimiz yenidən ayağa qalxmağa,yenidən əvvəlki enerji ilə işə davam elətdirir.

-Müxtəlif seminar,kurs iştirakçılığınız və s.Bütün bunlar həvəsdən irəli gəlir,ya....

-Bir dəfə yaxınıma təlimçi vəzifəsinə gəlmək üçün lazım olan tələbləri 3 il ərzində bir-bir necə əldə etdiyimi danışanda mənə təəccüblənmişdi.Mənə görə insan öz işini sevirsə,işi haqqında hansı məqsədləri və hədəfləri varsa onları əldə etmək üçün vuruşmalıdır.Düşüncələrin niyyətdən çıxıb,qarşıya qoyduğun hədəfdirsə və bu hədəf üçün məqsədləri bir-bir əldə edəcək iradəni özündə gücləndirirsənsə,məncə gedilən seminar,təlimlər və s. həvəsdən irəli gələ bilməz.

-Parelel olaraq təlimçilik və müəllimlik.Biri digərinə mane olmur?

-Xeyr,heç bir mane olmayıb,bundan sonra da böyük ehtimalla olmaz deyə düşünürəm.Çünki təlimlərin saatı,günü müəllimlərin ixtiyarına verilir. Qrafiklə əlaqəli olaraq ya günün ikinci hissəsi, ya da həftənin bəzi günləri təlimə,bəzi günləri isə məktəbə sərf olunur.

-Cəbhəyə göndərilən məktəbli məktubları...

-Qarabağ müharibəsi zamanı bütün bölgələrdən ,eyni zamanda bizim məktəbdən də əsgərlərimizə şagirdlər tərəfindən saysız məktublar göndərildi.Kimi rəsm çəkərək,kimi qürurlandırıcı sözlər yazaraq əsgərlərimizə məktublar yazdılar.Müharibə bitdikdən sonra şagirdlərimin bəzən Sumqayıt şəhərindəki Şəhidlər Xiyabanına,bəzən də Bakıdakı Xiyabana gedib şəhidlərimizin məzarını ziyarət etdiklərini bilirəm.Müharibədən sonra bir şagirdimdə o qədər vətənpərvərlik hissi yaranıb ki,özünü gələcəkdə xüsusi təyinatlı qüvvələrin əsgəri olaraq görür. Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə də şəfa versin!

 

Söhbətləşdi: Emin Piri

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-09-22
2021-09-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
September: 18, 11, 04
August: 28, 21, 14, 07,
July: 31 24, 17,

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK