SON DƏQİQƏ:

Baş Prokurorluq jurnalist Niyaz Niftiyevlə bağlı məlumat yaydı

  31250   |  
Şriftin ölçüsü  

Bəzi kütləvi informasiya vasitələrində Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyevin barəsində əsassız olaraq həbs qətimkan tədbirinin seçilməsi və cinayət işi üzrə süründürməçiliyə yol verilməsi barədə həqiqəti əks etdirməyən informasiyalar yayılıb.      

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, konkret faktlara əsaslanmayan, dəqiqləşdirilməmiş, ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət edən həmin məlumatlar tərəfimizdən təkzib olunur.

Bildiririk ki, Binəqədi qəsəbəsi Bələdiyyəsinin sabiq sədri Niyaz Niftiyev 17 yanvar 2020-ci il tarixdən 7 aprel 2020-ci il tarixədək rəhbərlik etdiyi qurumun digər 2 nəfər vəzifəli şəxsi ilə birlikdə qabaqcadan əlbir olaraq koronavirus infeksiyasının (COVID-19) ölkəmizdə yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunan xüsusi karantin rejimi qaydalarını pozaraq ayrı-ayrı şəxslərə 24 halda sərbəst hərəkətlərinə icazələrin verilməsi üçün saxta arayışlar vermək müqabilində təkrarən rüşvət almış, özü üçün qanunsuz üstünlük əldə etməklə vəzifə saxtakarlığı törədib.

Faktla bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində 18 aprel 2020-ci il tarixdə məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, Niyaz Niftiyevə Cinayət Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.1, 311.3.2 (rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə yekun ittiham elan olunub. 

23 dekabr 2020-ci il tarixdə cinayət işi üzrə tərtib edilən ittiham aktı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində təsdiq edilərək, iş Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Hazırda cinayət işi məhkəmə baxışındadır.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-10-21

Video

Yazarlar

MARAQLI

DÜNYA

ƏDALƏT BU GÜN
October: 21 19 16 14 12 09 07 05 02
September: 25

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

COVİD 19 peyvəndi vurdurmusunuz?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Vasif Quliyevin kefi yuxarıdı, sanki səmalarda uçur. Aqil Abbas:

- Vasif, xeyir ola, genə göylərdə uçursan?

Vasif müləllim:

- Qağa neyniyim, "Parıament" siqareti cəkirəm, amma parlamentə düşə bilmirəm. "Prezident" yağı yeyirəm, prezident ola bilmirəm. Bircə

 "Vozdux" arağı real kömək edir, içən kimi havalarda uçuram.

ARXİV

TƏQVİM

FACEBOOK