SON DƏQİQƏ:

Almaniyadakı azərbaycanlılar etiraz aksiyası keçirdi

  12574   |  
Şriftin ölçüsü  

Almaniyanın Köln şəhərində fəaliyyət göstərən Alman–Azərbaycan Mədəniyyət Evinin təşəbbüsü ilə BMT-nin Bonn şəhərindəki qərargahı önündə Ermənistanın mina xəritələrini Azərbaycana təhvil verməməsinə etiraz əlaməti olaraq aksiya keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Adalet.az-a verilən məlumata görə, Alman–Azərbaycan Mədəniyyət Evinin sədri Altay Rüstəmov bildirib ki, pandemiya məhdudiyyətlərinə uyğun şəkildə təşkil edilən aksiyada soydaşlarımızla yanaşı, Bonn Beynəlxalq Konversiya Mərkəzinin (Bonn International Center for Conversion) nümayəndələri də iştirak ediblər. Aksiya zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğaldan azad edilmiş ərazilərində yerləşdirdikləri minaların təhlükə mənbəyi olduğunu əks etdirən plakatlar nümayiş etdirilib, yerli sakinlərə məlumatlandırıcı flayerlər paylanılıb.

Tədbir BMT-nin qərargahına bəyannamənin təqdim olunmas ilə yekunlaşıb. Bəyannamədə mina xəritələrini Azərbaycana təhvil verməsi üçün Ermənistan hökümətinə təsir göstərilməsi tələb edilib.

Dosta Göndər :

  

SON XƏBƏRLƏR

2021-06-23

Video

Yazarlar

MARAQLI

DÜNYA

Redaktor seçimi

FOTOREPORTAJ

GÜNÜN SİTATI

SORĞU

Azərbaycanda futbol var?

ÇOX OXUNAN

GÜNÜN LƏTİFƏSİ

Zahid Oruc Brüsseldə oteldə istirahət edir.

Qəflətən yaylım atəşi açılır, ardınca ikinci, üçüncü...

Zahid müəllim həyəcanla vestübülə düşür və otelin işçilərindən nə baş verdiyini soruşur. Otelin administratoru:

- Ser, ABŞ prezidenti Co Bayden Brüsselə gəlib, ona görə atırlar.

Zahid müəllim təəcüblə:

- Nədi, birinci dəfədən vura bilmədilər?

ARXİV

TƏQVİM

FACEBOOK