adalet.az header logo
  • Bakı 18°C
18 May 2021 11:34
34327
HADİSƏ
A- A+

"BÖYÜK DÖVLƏTLƏRİN GÜCLÜ KƏŞVİYYATI OLMALIDIR"

BBS -sinin "Britaniyanı Mi6 kəşviyyatı doğrudanmı Rusiyanın Avropada apardığı kəşviyyat işlərinin yalnız 10 faizi barədə məlumata malikdir?"- sualını cavablandıran Rusiya xarici kəşviyyat xidmətinin rəhbəri Sergey Narışkin bildirib ki, Rusiya dünyada ən güclü kəşviyyata malik dövlətlərdən biri olmalıdı.
 

 " "Böyük Britaniya, Birləşmiş Ştatlar, Rusiya, Fransa, Almaniya, İtaliya, Yaponiya, Çin - güclü, suveren dövlətlərdi. İstənilən güclü və suveren dövlət özünün güclü kəşviyyat xidmətinə malik olmalıdır"- deyə Narışkin bildirib.
 

Xarici kəşviyyat xidmətinin rəhbəri, Britaniyanın Mi6 kəşviyyat idarəsinin rəhbəri ilə şəxsi əlaqə yaratmaq istədiyini, bununla bağlı ona məktub göndərdiyini, artıq yazışmalara başladıqlarını deyib. " Biz yazışmalara başlamışıq... O, belə bir vəziyyətdə qəbul olunduğu kimi çox mehriban və hörmətlə davranır"...
   

"Mən ümüd edirəm ki, bu yazışmaların nəticəsində, biz müəyyən əlaqələr, hətta şəxsi əlaqələr yarada biləcəyik"- deyə Narışkin əlavə edib. 
   

Jurnalistin, "Britaniya kəşviyyatı bu yazışmalardan məmundurmu"- sualına, Narışkin "bunu onların rəhbərlərindən soruşun, məndə onunla görüşəndə soruşaram "- deyə cavab verib.
   
Rüstəm Hacıyev