adalet.az header logo
  • Bakı 7°C
18 May 2021 10:50
19783
GÜNDƏM
A- A+

"Subtropik əməliyyatı" nın gizlinləri - Gülşən Məhəmmədqızı yazır

Hz. Əli (ə): Sən haqq isən haqq özü səni qoruyar.

21 may 1992-ci ildə saat 21:22 radələrində Astaradan Lənkərana VAZ 2106 markalı "Jiqulu" maşını ilə dönən Rafiq Eynəli oğlu Canıyevin idarə etdiyi avtomobil Pensər çayının üstündə yeni salınmış körpüdə üç nəfər silahlı şəxs tərəfindən saxlanılır. Sözügedən bu üç nəfərdən ikisi sonradan "Subtropik əməliyyatı" nəticəsində zərərsizləşdirilən Bığ Gülağa kimi tanınan Gülağa Quliyevin qardaşları Sovet və Qüvvət Quliyevlər və Ədalət Məlikov idi.

Qeyd edək ki, sözü gedən silahlı qrup üzvləri əvvəllərdə müxtəlif cinayətlər üstündə məhkum edilmişdilər.

Maşını saxlanılan Rafiq Eynəli oğlu Canıyev isə oğru dünyasında sonralar məşhurlaşan, məhşur qanuni oğru Rövşən Lənkəranskinin atası idi. Sözügedən hadisə zamanı ən ağır və heç bir mənəvi, əxlaqi çərçivəyə sığmayan hadisə isə Rafiq Canıyevin avtomobili saxlanılan zaman avtomobildə qadın olmasına baxmayaraq cinayətkar quldur dəstənin üzvlərinin Rafiq Canıyevi daş, dəmir, ling və s küt alətlərlə döyməsi, avtomobildə qadın olmasına baxmayaraq, maşının bütün şüşələrinin sındırılması və qadının avtomobildən çıxması tələb edilirdi. Bəli, bu cinayət hadisəsini törədən cənub bölgəsində artıq mütəşəkkil cinayətkar dəstəyə çevrilən, hakimiyyət orqanlarını rüşvətlə ələ alan, Astara və Lənkaranı əlinə almış Gülağa Quliyevin qardaşları idi. Onlar həccə gedən zəvvarları saxlayır və "haqq" alır, narkotik satışından əldə etdikləri gəlirlərlə böyük bir cinayətkar dəstəyə çevrilmişdilər.

Hadisə baş verən zaman Şahağacı kəndinin hakimiyyət nümayəndələri gəlir. İki qonşu rayon arasında ədavətçilik toxumu səpən bu özbaşınalığın qarşısını almağa çalışsalarda Rafiqi Canıyevi cinayətkarların əlindən ala bilmirlər. Onlar ağır yaralar və xəsarət almış Rafiq Canıyevi xəstəxanaya aparmaq adı ilə (Allahsızca gələn hadisə şahidlərini aldadaraq) QAZ -24 markalı maşına qoyub Sovet Quliyevin həyətinə aparırlar. Elə öz həyətindəcə Sovet Quliyev (Gülağanın qardaşı) ağır yaralar, müxtəlif bədən xəsarətli, al qan içində olan, tək qalmış və köməksiz Rafiq Canıyevi tərəfindən avtomat silahı ilə güllələyib qətlə yetirir.

Lakin rayonda hakim cinayətkar klana çevrilən Quliyev qardaşlarını həbs edən olmur!!

Onlar yenə talançılıq, qəsb, narkotik alveri, qəsdən xəsarət yetirmə və müxtəlif cinayətlərlə öz fəaliyyətlərinə davam edirlər.

Sonradan Daxili İşlər Naziri vəzifəsinə təyin olunan İsgəndər Həmidov Respublikada qanunsuz silahlıların, cinayətkar dəstələrin qarşısını almaq məqsədi ilə Respublikanın müxtəlif rayonlarında Şəki, Qusar, Bərdə və Astarada əməliyyat keçirməyə başlayr. Astarada keçirilən bu əməliyyatın nəticəsində Daxili İşlər orqanlarının əməkdaşlarına müqavimət göstərən və polisə açdığı atəş nəticəsində cavab atəşi ilə Gülağa Quliyev zərərsizləşdirilir. Rafiq Canıyevin qatili, Gülağa Quliyevin qardaşı Sovet Quliyev isə 1993-cü ildə Vladivostok şəhərində törətdiyi başqa bir cinayət işinə görə həbs olundu və yalnız 1996-cı ildə Azərbaycana gətirilir və məhkəmədəcə Rafiq Canıyevin oğlu Rövşən Canıyev (Rövşən Lənkaranski) tərəfindən qətlə yetirilir. Lakin Rövşən Canıyev qaçmır, gizlənmir mərdcə silahını könüllü surətdə məhkəməyə təhvil verib, sakitcə: “ Məni ədalətlə mühakimə edin!” deyir.

Onlar kim idi?

(1957- ci ildə Şahağacı kəndində anadan olmuş Sovet Quliyev 1984-cü ildə 8 il müddətinə azadlıqdan məhrum edilib. 1954-cü il təvəllüdlü Ədalət Məlikov hələ 1983-cü ildə Saratov vilayətinin Balaşova şəhər məhkəməsində RSFSR CM-nin 206 –cı maddəsiylə, 1955-ci ildə anadan olmuş Qüvvət isə Azərbaycan CM-in 207 –ci maddəsiylə həbs cəzasına məhkum edilmişdilər)

Təqdir sizlərindir. Heç kim unudulmur, heç nə yaddan çıxmır.

Quliyevlər qardaşlarını "qurban kimi" təqdim edib, Subtropik əməliyyatını İsgəndər Həmidov əleyhinə kampaniyaya çevirmək istəyənlər minillər boyu multikultural ölkə olan vətənimizi bölmək istəyən Ermənistan və ona havadar ölkələrlə əməkdaşlıq edənlərdi.

Gülağa Quliyev Xələc idi yoxsa Talış?

Azərbaycanda xalqlar arası nifaq salmaq məqsədi ilə, "Subtropik əməliyyatı" ilə bağlı KQB agenturanın irəli sürdüyü ittihama görə DİN və Prokurorluq orqanları tərəfindən keçirilən əməliyyat (Prokurorluğun sanksiyası), nəticəsində zərərsizləşdirilən Gülağa Quliyev talış idi. Əslində isə...

Mənbə: Xələclər Astara rayonunun Şahağac kəndində yaşayırlar. Xələclər haqqında ilk dəfə V. F. Minorski məlumat vermiş, sonralar Məsud Məmmədov namizədlik dissertasiyasını Xələc dilinə həsr etmişdir (Bax: "Azərbaycan gəncləri" qəz., 12. XII. 1989). Kənd sakini Nəzər kişinin verdiyi məlumata görə, xələclər buraya Şandermandan gəlmişlər (Bax: İshaq Axundzadə. Azərbaycan... s. 133 – 134).

Bu isə Mahmud Kaşğarlının 12-ci əsrdə qeydləri: "..... İyirmi ikilər onlara Türkçe kal aç deyərlər, "ac qal" deməkdir. Sonradan bunlara "Xalaç" deyilmişdir; əslləri budur. "[3]

Oğuzlar və qıpçaqlar x nı k ya tərcümələr. Bunlar "Xalaçlar" dan bir bölüktür. Bunlar türklərin "qızım" dediyi yerdə "Xızı" deyərlər. Və yenə o biri Türklərin "kandi erdinğ" dediyi yerdə bunlar "xanda erdinğ" deyərlər ki, "harada idin​​" deməkdir.[4].

Daha sonra:

Oğuz Dastanında da "Xələc" sözünün bir Türk boyunun adı olaraq görülər və "ac qalmaq" söyleminden törədiyi ifadə edilmişdir.

Sizə sualımız var:

1. "Subtropik əməliyyatı"nı İsgəndər Həmidova qarşı kampaniyaya çevirənlər, Rövşən Lənkəranski həyatda olduğu müddətdə bunu niyə etmədi?

2. Dinimizdə narkotik tacirlərinə, qəsdən adam öldürənlərə, qəsbkarlara münasibət nədir? (İmam Hüseyn insana zülm edənə necə baxırdı?)

3. Kriminal aləmdə Narkotik tacirlərinə nə ad verirlər? Və onları müdafiə edənlərə necə baxırlar?

4. Hüquqi dövlətdə qanunsuz silahlı dəstə yaratmaq, narkotik satışı, qəsdən adam öldümənin, hakimiyyət orqanlarına silahlı müqavimətin cəzası nə olur?

Dində, hüquqda, kriminal aləmdə bu cürə haqsızlıq edənlərə hansı cəza verilir?

Azərbaycan birdir! Talışda, Ləzgidə, Tat, Avarda, Türkdə birdir: Azərbaycandır!

14 may 2020