Ağır xəstəlikdən əziyyət çəkən azyaşlıya toplanan pulu oğurladı - VİDEO
Nəsimi rayon sakini olan bir nəfər ağır xəstəlikdən əziyyət çəkən azyaşlı övladı üçün maddi yardım toplanması məqsədilə sosial şəbəkələrdə paylaşdığı bank kartının məlumatlarının informasiya texnologiyalarından istifadə olunmaqla oğurlanması barədə polisə məlumat verib.
Adalet.az xəbər verir ki, Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər nəticəsində qeyd edilən əməli törətməkdə şübhəli bilinən Orxan Hacıyev müəyyən edilərək saxlanılıb. O. Hacıyev ifadəsində həmin bank kartının konfidensial məlumatlarını əldə edərək hesabda olan pul vəsaitini müxtəlif kartlara köçürdüyünü və sonradan nağdlaşdırdığını bildirib.
Faktla bağlı araşdırma davam etdirilir.
Digər Xəbərlər
17 Aprel 2026 17:19
Keçmiş arvadını qətlə yetirib evi və maşını partlatdı - Bakıda dəhşət
17 Aprel 2026 09:51
196 ölkədə axtarılan azərbaycanlı belə ələ keçirildi - VİDEO
16 Aprel 2026 11:07
Binəqədidə saxlanılan şəxslərdən 54 kq narkotik vasitə aşkarlandı - VİDEO
15 Aprel 2026 16:31


Bakı -°C

