adalet.az header logo
  • Bakı -°C
23 Fevral 2026 13:47
95
MƏDƏNİYYƏT
A- A+

Saleh Bağırov: “Əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə məqsəd nədir?”

“Televiziya böyük təbliğat maşınıdır. Təəssüf ki, bu gün bu maşının sükanı naşıların, təsadüfi adamların, efirin müqəddəsliyinin, təsir gücünün nə olduğunu anlamayanların, dəyərlərimizi pul qazanmaq üçün ayaq altına atanların, aparıcılıq sənətinə xələl gətirənlərin əllərindədir”.

Bu sözləri Adalet.az-a açıqlamasında aparıcı Saleh Bağırov söyləyib:

“Bütün bu yaşananlar ədəbsiz, nalayiq, tərbiyəsiz adamların müğənni statusunda efirlərdə meydan sulamasının, onlara qadağa qoyulmamasının, TV qapılarının hərəkətini, özünü bilməyən bu cür ünsürlərə, “müğənnilərə” açıq olmasının nəticəsidir. Ona görə mövcud durum bu haldadır!

TV kanallarlna rəhbərlik edənlər, aidiyyatı qurumlar hamı gördüyünü, bildiyini görən həqiqətənmi görmür və ya görməzdən gəlirsiniz?! Bu laqeydliyiniz apardıqca aparır bizi uçuruma. Nədir məqsəd bu dərəcədə əxlaqsızlıq və mənəviyyatsızlığı təbliğ etməkdə?

Niyə bütün imkanlar əlinizdə ola ola almırsınız bu tərbiyəsizliyin qarşısını? Niyə qadağalar tətbiq olunmur”?

Əntiqə Kərimzadə